"I Qəbələ Kuboku": YARISI ƏT, YARISI BALIQ - YAZI

15.06.2012 | 12780 dəfə oxunub

"Qəbələ" klubunun Azərbaycan futbolunun inkişafı üçün gördüyü işlərdən çox danışılır. Bu komandanın uşaq futbolunun inkişafı üçün gördüyü işlər, ölkəmizdə heç yerdə olmayan təbii örtüklü stadionların - meydançaların istifadəyə verilməsi sözün hər mənasında alqışa layiq işlərdir. Amma... amma bunlarla da işi bitirmək, hər şeyi uğurlu saymaq olmaz. Bu komandanın bilmədiyi, bacarmadığı işlər hələ çoxdur. Bunların hamısını sizlərə yavaş-yavaş anladacam.  Mayın 31-də Qəbələdə "I Qəbələ Kuboku" adlı turnir start götürdü. Bundan bir gün əvvəl isə təkilatçı komanda futbol yazarlarını Qəbələyə apardı.

BAKIDAN QƏBƏLƏYƏ ƏZAB-ƏZİYYƏTLİ 3.5 SAATLIQ YOL

Bakıdan Qəbələyə yola düşən avtobusun hansı səviyyədə olmasını sizə sözlə başa salmaq çox çətindir. Az qala ölkəyə sahib olan "Qəbələ" klubunun sahiblərinin media nümayəndələrinə bu cür münasibət bəsləməsi hamını çaşdırmışdı. Avtobusun istifadəyə orta yararlı olmamasını bildirməklə Bakıdan Qəbələyə necə getməyimizi sizə qısaca olaraq anlatmaq olar. 3.5 saata getdiyimiz məsafəni, bu müddət ərzində yolda yalnız bir stəkan çaya qonaq edildik. Nəhayət ki, Qəbələyə yetişdik. Jurnalist həmkarlarımız dərindən ah çəkərək əzab-əziyyətin sona çatdığını düşünərək, sevindərək avtobusdan enməyə başladılar, içi bəndəniz daxil olmaqla. Sən demə, əzablı günlərimiz hələ davam edəcəkmiş. Qısa sürə olsa belə...

... İLK GECƏ

Otaqlara yerləşdikdən sonra, yemək zamanı idi. Hərə istədiyi qədər yeyib, qaldığımız otelin önündə yerləşən parka gəzintiyə çıxdı. Kimisi şahmat, kimisi nərd, kimisi də "play station" oynamaqda idi. Gecə yarısı - hamı yatmağa. Başqalarından xəbərim yox idi, amma yatağa girməyimlə durmağım an məsələsi oldu. Otelin bəlkə də, aylarla dəyişməyən yataq dəstlərində olan nələrsə canıma daraşmağa başladı ki, özümü hamama güclə çatdırdım. Sizdən çox-çox üzr istəyirəm, həmin o nələrsə elə yerlərimə daraşmışdı ki, bir neçə dəqiqə sabunlanandan sonra (kənardan bunu kimsə görsəydi, hər şeyi tam əksinə başa düşərdi) qaynar suyla yuyunaraq üst paltarımı soyunmadan ilk gecəni yola verdim. Mənimlə otaq yoldaşı olan İlkin Vidadioğlunun vəziyyəti isə daha ağır idi. Onun az qala hər dəqiqə təkrarladığı "belə yerdə qalmaq olar, gəl yerimizi dəyişək, mən düşürəm aşağı, burda canımı nəsə yeyir" sözləri də dediklərimin sübutudur.

Heç düşünürsüz ki, İlkin oteldə "raskladuska"da yatırdı? Həqiqətən eləydi...

Həmin gecə sonuncu dəfə saata baxanda isə 04:53 idi. Sonrasını xatırlamıram, yuxudan oyandıqda səhər saat 08:19 idi. İlk gecəni əzablı şəkildə belə bitirmişdik.

STADİONDA BƏRBAD TƏŞKİLATÇILIQ

İlk oyun saat 10:00-da başlayırdı. Səhər yeməyindən sonra stadiona yollandıq. Amma qarşılaşdığımız mənzərə hər kəsi məyus etmişdi. "Qəbələ" klubu Bakıda idman yazarı qoymamışdı, hamısını yığıb aparmışdı əyalətə. Amma stadionda KİV nümayəndələri üçün oturmağa normal yer belə yox idi. Vəziyyətin çıxılmaz olduğunu görən həmkarlarımız hərəyə bir oturacaq taparaq özünü kölgəyə - karbon qazı buraxan qoz ağaclarının altına verdi. Yamac  şəklindəki qoz ağacının altında oturaraq ilk oyuna - "Qəbələ" - "Brondbü" matçına baxmaq zorunda idik. Bu halımızı "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov görsə də, baş bulayaraq vəziyyəti yola verdi. Oyunun fasiləsində jurnalistlər - Emin Abbasov, İlkin Vidadioğlu, Vüsal Gözəlov qaldığımız otelin durumunun bərbad olduğunu "Qəbələ" rəsmilərinin diqqətinə çatdırdı. Bundan sonra vəziyyət düzəldi. Qaldığımız otel dəyişdi, elə bütün vəziyyət də. Artıq media əhli 5 ulduzlu  oteldə məskunlaşmışdı. Amma buradakı ilk vəziyyət də ürəkaçan olmadı. Otaqlara yerləşməyimiz dəqiqələr çəkmədi ki, otel işçiləri otaqlardakı "mini bar"ı yığışdırmağa başladılar. Səbəbini soruşduqda isə "bizə belə tapşırıblar" cavabını aldıq. Bu da jurnalistlərə daha bir hörmətsizlik idi.

Yeri gəlmişkən, qonaq komandalara hər cür şərait yaranmışdı, sadəcə, problem ancaq avtobusda aparılan KİV nümayəndələriylə idi. 

ƏYLƏNCƏ

Bundan sonrakı günlər isə normal axarla getdi. "Qəbələnd"də keçirdiyimiz xoş anlar, həqiqətən təqdirəlayiq idi. İstirahət zonasında əylənməyimiz üçün hər bir şərait yaradılmışdı. "Metkartinq", "paintball" yarışları, müxtəlif əyləncələrin yeri var idi. Jurnalistlərlə "Qəbələ"nin məşqçiləri arasında keçirilən və bizim 11:8 hesabı ilə qalib gəldiyimiz oyunun da yeri var idi.

Bütün bunların fonunda, yenə çatışmazlıqlar qalmaqdaydı. Məsələn, stadionda internet yox idi. Amma bu problem "Data Kart"la aradan qaldırıldı.

"THE END"

Nəhayət, turnirin son günü gəldi. Finalda "Qalatasaray"ın prinsipial oyunda Serbiya millisini üstələyərək kuboku qazanması bəndənizə bütün problemləri unutdurdu. Əzəli balkan - osmanlı rəqabətindən biz türklər üzüağ çıxmışdıq. Final qarşılaşması başa çatandan sonra 15 yaşlı "Qalatasaray"lı futbolçunun Azərbaycanın 3 rəngli bayrağına bürünməsi isə sözlə ifadə edilməyəcək hislər idi.

Bir çox çatışmazlılqlar olsa da, "Qəbələ" klubu bu turniri keçirməklə ölkəmizin imici üçün böyük iş gördü. Ən azından indi "Brondbü", "Levante", "Vilyareal", Serbiya millisi, "Qalatasaray",  "Feynord" kimi klublarda ölkəmiz üçün xoş olan böyük təsəvvür yarandı.

Qəbələdəki problemlərdi yazmaq - oxucuya çatdırmaq isə deyəsən, təkcə mənim borcum imiş.  Çünki Qəbələdə "gen-gen" danışanlardan heç birindən səs çıxmadı. Bu yazını saytda gec yerləşdirməyimin də səbəbi bu idi. Gözlədim ki, görüm, tərpənən olacaq...

P.S. "Qəbələ" rəsmiləri məndən inciməsin, gördüyümü yazmağa borcluyam. Onların çatışmazlıqlarını üzə çıxaran olmasa, bu hal hər dəfə təkrarlanacaq, yoxsa. Belə halların təkrarlanmaması ümidi ilə "Qəbəbə"dəki gənc və yeniyetmə futbolçulara böyük uğurlar arzulayan

                                                                              Vüsal BƏBİRLİ



  #5   Adınız: Seyran HEBİBLİ;   E-mail: ---

16.06.2012 11:16

Qaqa halal olsun sene basinda qebelenin papaqi amma bunlari
yixib surumusen halaldi sene

  #4   Adınız: Forza NNNNN;   E-mail: ---

16.06.2012 11:10

Sonra da hec kimi beyemirler Busuz da Allahin
teskilatciliqini da bacarmirlar

  #3   Adınız: Vüsal Bəbirli;   E-mail: ---

16.06.2012 11:09

Bir şey dəqiqdir ki, bu yazıdan sonra "Qəbələ"nin "cornı
spisok"una düşdüm))) Gözüm aydın))

  #2   Adınız: Vüsal Bəbirli;   E-mail: ---

16.06.2012 11:08

İlkin, sən nə "sifət" adamsan?! Gələnə kimi başımı xarab
eləmədin ki, "o gün getsin, bir də gəlməsin"! Sən deyildiyin
deyən? Nəzərə al ki, sonrakı peşmançılıq da fayda verməz!

  #1   Adınız: İLKİN VİDADİOĞLU;   E-mail: [email protected]

16.06.2012 11:03

Nə sözbaz adamsan... ))) Birinci gecə hərdən yuxuma girir...
Ona görə gecəni ATV-dəki adaşla şəhərdə keçirdik də... Amma
yenə çox sağ olsunlar ki gec də olsa şərait yaratdılar...

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail