"Digər klublardan təkliflər olsa da, qalmağa qərar verdim”

14.06.2012 | 4828 dəfə oxunub

"Simurq”la müqaviləsini yeniləyən Rasim Ramaldanov klubun rəsmi internet saytına masahibə verib. 


- Rasim, daha bir il “Simurq”dasan. Təəssüratların necədir?

- Bəli, artıq müqaviləmin müddətini daha bir il artırdım. “Simurq”da qalmağıma çox şad oldum. Bura mənim artıq doğma evimdir. Həm rəhbərliklə, həm də Zaqatala azərkeşləri ilə yaxşı münasibətlərim var. Rəhbərliklə müzakirələr apardım və ortaq məxrəcə gələrək anlaşdıq. Hər şey artıq qaydasındadır. Digər klublardan da təkliflər var idi. Ancaq fikirləşdim ki, burda qalıb karyeramı davam etdirsəm yaxşı olar. Dörd ildir artıq “Simurq”un formasın geyinirəm. İnşallah, bu il uğurlu çıxış edib, avrokuboklara vəsiqə əldə edərik.

 - Ötən mövsümü necə dəyərləndirərdin?

- Öz karyeram baxımından o qədərdə yaxşı keçmədi. Mövsüm ərzində zədələndim və bir neçə qarşılaşmada komandama kömək edə bilmədim. “Simurq” isə ümumilikdə pis çıxış etmədi. Nəticə istədiyimiz kimi olmasa da, bir çox iddialı kollektivlərlə başabaş mübarizə aparmağı bacardıq. Birinci dövrədə ilk “altılıq” uğrunda mübarizə apardıq. Lakin çempionatdakı fasilədən sonra müəyyən səbəblərə görə bu istəyimizə nail ola bilmədik. İnşallah, bu mövsüm çatışmayan cəhətlərimizi də tamamlayıb, məqsədimizə nail olarıq.

 - Bu həftədən artıq hazırlıq dövrünə start veriləcək. Komandanın təlim-məşq planı haqda nə deyərdin?

- Bəli, tibbi müayinədən sonra gərgin məşq prosesi bizi gözləyir. Xüsusən də fiziki hazırlıq cəhətdən üzərimizdə işləməliyik ki, çempionatın gedişində axsamayaq. İnanıram ki, bu dəfə ki təlim-məşq toplanışı bizə daha yaxşı oynamağa və nəticələr əldə etməyimizə kömək edəcək.  Hazırda komandada boşluqlar çoxdur. Yeni futbolçuların cəlb olunması nəzərdə tutulub. Heyət tam və vaxtında formalaşsa daha yaxşı olacaq. Çalışmalıyıq ki, hazırlıq proqramını ən yüksək səviyyədə tamamlayıb, mübarizəyə hazır olaq. 

 - Kapitan olaraq komandanın yeni formalaşacaq heyəti haqqında nə düşünürsən?

- Yəqin ki, bu dəfə ki heyətimiz ötən mövsümdən daha güclü olacaq. Çünki rəhbərlikdə bunu istəyir və planlarını bu istiqamətdə qurur. Ancaq onu qeyd edim ki, ötən mövsümdə bizim heyətimizdə yaxşı futbolçular var idi. Xüsusən komandadan ayrılan yerli oyunçular heç kəsdən geri qalmırdılar. Lakin bu rəhbərliyin və məşqçinin qərarıdır. Komandadan ayrılan yoldaşlarıma uğurlar arzulayıram. İnşallah, hər biri layiq olduqlarını komandaların formasını geyinərlər.

 - Ötən mövsüm komandada məşqçi dəyişiklikləri oldu. Bu haqda nə deyərdin?

- Əvvəlcə onu qeyd edim ki, hər iki məşqçi işlərini çox yaxşı bilən mütəxəssislərdir.  Əsil futbol adamlarıdır. Lakin Sergey Yuranla sona qədər davam edilmədi. Ardıcıl məğlub olmağımız nəticəsində istefaya göndərildi və komanda Georgi Çixradzeyə tapşırıldı. Yeni məşqçimiz demək olar ki, hər şeyi yenidən qurdu. Oyun sistemimizi dəyişdi və nəticədə üst-üstə xallar qazanaraq turnir cədvəlini 9-cu pillədə tamamladıq.  

 - İstirahətini necə keçirdin?

- İstirahətimi əla keçirdim. Son turdan sonra Rusiyaya getdim. Bir çox kurort şəhərlərini gəzdim. 10 gün ərzində Soçidə, Anapada oldum. Zədəmi tam sağaltmağa çalışdım. Yüngül məşqlər etdim. İnşallah yeni mövsümə demək olar ki, özümü tam hazır hiss edirəm. İnanıram ki, çatışmayan cəhətlərimi də təlim-məşq prosesində tamamlayıb, çempionata əla şəkildə başlayacam və “Simurq”un uğurları üçün mübarizə aparacam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail