Samuel Barlay: “Biz uğurlu nəticələr əldə edəcəyik”

13.06.2012 | 4856 dəfə oxunub

“İyun ayında yığmamızın heyətində iki oyunda iştirak etdim. İyunun 2-də baş tutmuş matçda Kabo-Verde millisini 2-1 hesabı ilə məğlub etdik, ikinci oyunu isə səfərdə Ekvatorial Qvineya komandasına qarşı keçirdik və heç-heçə (2-2) oynadıq”. Stadium.az xəbər verir ki, bu sözləri “Rəvan”ın və Syerra-Leone millisinin üzvü Samuel Barlay deyib. Afrikalı futbolçu nəticədə razı qaldığını söyləyib: “Nəticə məni çox qane etdi. Birinci oyunda fərqlənə bilməsəm də, komanda yoldaşım Şeriff Suma gözəl bir qol vurdu. İkinci oyun isə mənim üçün daha uğurlu oldu, belə ki, komandamızın ilk qolunu 23-cü dəqiqədə mən qapıdan keçirdim. Hər iki oyunda Şerifflə bir birimizi çox yaxşı anlayırdıq, bu isə “Rəvan”da keçirdiyimiz müntəzəm oyun və məşqlərin nəticəsidir. İyunun 20-də başlanacaq təlim-məşq toplantısı barədə məlumat almışam və Bakıya gəlməyə hazırlaşıram. Düşünürəm ki, növbəti mövsüm biz daha yüksək yerlər uğrunda mübarizə aparacağıq. Bunun üçün isə məşqlərdə daha çox çalışmalı, hər bir oyunda isə əzmkarlıq göstərməliyik. Komandamızın güclü imkanları var və yeni futbolçuların gəlməsi ilə daha da güclənəcəyik. Ümidvaram ki, yeni mövsümdə komandanın futbolçuları öz potensialını tam ortaya qoyacaq və biz uğurlu nəticələr əldə edəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail