“Bakı” Şarliya ilə yollarını ayırdı

06.06.2012 | 4328 dəfə oxunub

Azərbaycan kubokunun sahibi “Bakı” qapıçı Marko Şarliya ilə vidalaşıb. Stadium.az xəbər verir ki, Novruz Əzimovun gəlişindən sonra əsas heyətdəki yerini itirən xorvatiyalı qapıçı ilə müqavilə müddətinin uzadılmaması qərara alınıb. 2008-ci ildə həmin vaxt “zolaqlılar”ı çalışdıran Coko Haciyevskinin istəyi ilə komandaya transfer olunan Şarliya çox keçmədən uzun illər “Bakı”nın “1 nömrə”si olan Xalidu Sissokonu heyətdən kənarlaşdırmağı bacarmışdı. Bülənt Qorxmaz, Cüneyt Biçər, Vinfred Şefer və Aleksandr Starkovun dönəmində komandanın əsas qolkiperi olan Şarliya sonuncunun gedişindən sonra əsas heyətdəki yerini itirdi. Andrey Popoviçin icarədən sonra “Bakı”ya qayıtması ilə Şarliyanın komandadan gedəcəyi gözlənilən idi. Çünki Novruz Əzimov da verdiyi açıqlamda Avroliqa öncəsi heyətə təcrübəli qapıçı cəlb etmək istədiyini vurğulayıb. Qeyd edək ki, hazırda “Bakı”nın heyətində iki qapıçı – Aqil Məmmədov və Andrey Popoviç var. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail