305 min avroya aldı, 20 milyon avroya "Mançester Yunayted"ə satdı

05.06.2012 | 6631 dəfə oxunub

“Mançester Yunayted” heyətini Almaniya çempionu ilə gücləndirib. Stadium.az xəbər verir ki, Dortmund “Borussiya”sının yapon ulduzu Şinji Kaqava İngiltərə klubuna transfer olunub. Bu barədə “Mançester Yunayted”in rəsmi saytı xəbər yayıb. Saytın xəbərində bildirilir ki, onunla rəsmi müqavilə imzalanıb. İngiltərə mətbuatının məlumatına görə, Mançester təmsilçisi bu transfer üçün 20 milyon avro xərcələyib. “Borussiya” bu futbolçunu 350 min avroya almışdı.

Qeyd edək ki, Kaqava “Borussiya”ya 2010-cu ildə Yaponiyanın “Cerezo Osaka” klubundan keçib. Almaniya klubunda iki il ərzində 49 oyuna çıxıb 21 qol vuran 23 yaşlı futbolçu 15 məhsuldar ötürmə verib və ardıcıl iki dəfə ölkə çempionu olub.

Kaqava azərbaycanlı futbolsevərlərə yaxşı tanışdı. O, 2010-cu ildə Avropa Liqasında “Qarabağ”la “Borussiya” arasındakı oyunların iştirakçısı olub. Almaniyadakı oyunda iki qol vuran Kaqava bu ilin 23 mayında keçirilən Yaponiya – Azərbaycan matçında da meydana çıxıb və millimizin qapısına yol tapıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail