"Simurq" Sloveniyaya gedib, 9 futbolçu alacaq

05.06.2012 | 6452 dəfə oxunub

Son mövsümün uğursuzlarından olan “Simurq” 2012/13 mövsümünə ciddi hazırlaşmağı planlaşdırır. Stadium.az xəbər verir ki, Zaqatala klubu bu məqsədlə iki təlim-məşq toplanışı keçirəcək.
 
Georgi Çixradze yetirmələrini öncə Türkiyədə hazırlaşdıracaq. Daha sonra isə komanda Sloveniyaya yollanacaq.
 
Türkiyə toplanışı zamanı əsas güc fiziki hazırlığa yönəldiləcək, komandaya yeni futbolçular cəlb olunacaq, yeni legionerlər sınaqdan keçiriləcək. Sloveniya toplanışı dövründə isə bölgə təmsilçisi daha çox yoldaşlıq görüşlərinə üstünlük veriləcək.
Yeri gəlmişkən, “Simurq”un prezidenti Anar Bəkirov və baş məşqçi Georgi Çixradze ötən gün başa çatan Baltika kubokunu izləmək üçün bu günlərdə Estoniyada olub. Onlar bu turnirin ənənəvi iştirakçıları olan Estoniya, Litva, Latviya və Finlandiya yığmasının heyətindən oyunçu bəyənmək məqsədilə Tartu və digər şəhərlərdə olublar.
 
Bu barədə saytımıza müsahibəsində klubun prezidenti Bəkirov bunları dilə gətirib: “Biz bir sıra legionerləri nəzərdən keçirdik. Onları yoxlamaq istəyirik. Bu məqsədlə bəzi futbolçuları qarşıdakı təlim-məşq toplanışımıza dəvət edəcəyik. Hazırlıq prosesimiz iyunun 23-də Türkiyədə başlayacaq. Yeni mövsüm üçün bizə doqquz futbolçu lazımdı”.
 
"Simurq" mövsüm başa çatan kimi 16 futbolçu ilə yollarını ayırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail