Bahadır Nasimov baş məşqçisiz qaldı

04.06.2012 | 4731 dəfə oxunub

Futbol üzrə Özbəkistan yığması baş məşqçisiz qalıb. Stadium.az xəbər verir ki, Özbəkistan Futbol Federasiyası baş məşqçi Vadim Abramovu postundan uzaqlaşdırıb.
Buna özbəklərin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İrana məğlubiyyəti səbəb olub. Maraqlıdı ki, seçmə mərhələnin ilk üç matçında uğurlu çıxış edən özbəklər bu matçda da ən azı heç-heçəyə yaxın idilər. Lakin 90+4-cü dəqiqədə buraxılan yeganə qolla iranlılara məğlub olmalarından qəzəblənən federasiya prezidenti Mirebrar Usmanov Abramovu postundan uzaqlaşdırmağa qərar verib.
 
Artıq Abramovu kimin əvəzlədiyi də müəyyənləşib. Belə ki, ÖFF rəhbərliyi elitada liderlik edən, Asiya Çempionlar Liqasında aldığı ardıcıl qələbələrlə 1/4 finala qədər irəliləyən “Bunyodkor”un çalışdırıcısı Mircəlal Qasımovu millinin sükanı arxasına gətirib. Maraq üçün onu da qeyd edək ki, Vadim Abramov 2010-cu ilin martında məhz Mircəlal Qasımovun əvəzində millinin baş məşqçisi təyin olunmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail