Ən yaxşılar kimlər oldu?

04.06.2012 | 4960 dəfə oxunub

I Qəbələ Kuboku mükafatçıların təltifetmə mərasimi də dünən sona çatdı. Stadium.az xəbər verir ki, əvvəlcə final görüşünü idarə edən hakimlərə, ardından isə bütün komandaların kapitanlarına "Qəbələ" Futbol Klubunun vitse-prezidenti Fariz Nəcəfov tərfindən turnirin xatirə plaketləri təqdim olunub. Daha sonra müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçulara makafatlarını alıblar.

- "Fair Play" - Niderland ("Feyenoord")
- Ən Yaxşı Qapıçı - Mario Qarsiya Errero ("Levante")
- Ən Yaxşı Müdafiəçi - Andreas Olsen ("Brondbü")
- Ən Yaxşı Yarımmüdafiəçi - Birhan Vatansever ("Qalatasaray")
- Ən Yaxşı Hücumçu - Manuel Sena ("Vilyarreal")
- Ən Dəyərli Oyunçu - Nemanya Qlavciç (Serbiya MK)

Ardından isə ilk üç pilləni tutan komandalara medallar və kubok təqdim olunub. 2-ci və 3-cü yerin sahiblərinə - Serbiya MK və "Levante"yə mükafatlar AFFA-nın baş katibi Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev və "Qəbələ" Futbol Klubunun vitse-prezidenti Fariz Nəcəfov tərəfindən verilib.

Sonda isə fəxri kürsüyə I Qəbələ Kubokunun çempionları - "Qalatasaray" futbolçuları çıxıblar. Azərbaycan və Qəbələyə sevgilərini kürsüyə Azərbaycan bayrağı ilə çıxmaqla nümayiş etdirən qardaş ölkə təmsilçilərinə qızıl medallar və çempionluq kuboku "Qəbələ" Futbol Klubunun prezidenti Tale Heydərov tərəfindən verilib.

Bununla da, bir çox ilklərlə tarixə düşən "I Qəbələ Kuboku"na möhtəşəm qapanışla yekun vuruldu. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail