"Qalatasaray" kuboku almağa Azərbaycan bayrağı ilə çıxdı - FOTO (ÖZƏL)

04.06.2012 | 5697 dəfə oxunub

Dünən "I Qəbələ Kuboku"nun qalibi müəyyənləşdi. Stadium.az xəbər verir ki, 15 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan turnirin qalibi olan “Qalatasaray” mükafatına qovuşdu.
 
Serbiya yığmasını məğlub edən “Cim-Bom”un U-15 komandası Qəbələ şəhər stadionunu dolduran azərbaycanlı azarkeşlərin dəstəyinə özünəməxsus şəkidə qarşılıq verib. Belə ki, “Qalatasaray”lı futbolçular mükafatlandırma mərasiminə Azərbaycan bayrağı ilə çıxıblar.
 
Təltifetmə mərasimində əvvəlcə müxtəlif nominasiyalar üzrə mükafatlar verilib. Ardından komandalar medallar və xatirə hədiyyələri alıblar. AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov ilk 3 yerin sahiblərinə medallar veriblər. “Qalatasaray”a kuboku isə “Qəbələ”nin prezidenti Tale Heydərov təqdim edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail