Son zamanlar Azərbaycanda futbol verilişlərinin yayımını dayandırmaq artıq dəb halını alıb. Stadium.az xəbər verir ki, daha bir verilişin ömrü qısa sürüb. Daha doğrusu, verilişdə dəyişiklik edilib. "Space" kanalında yayımlanan "Qol" verilişini artıq azarkeşlər Elnur Əşrəfoğlunu aparıcı kimi görməyəcəklər. Aldığımız məlumata görə, verilişdə bəzi dəyişikliklər edilib və Əşrəfoğlu kanaldan uzaqlaşdırılıb. Bu xəbəri dəqiqləşdirmək üçün Elnurla əlaqə yaratmağa çalışdıq, ancaq onun telefonuna zəng çatmadı. Məlumatda hətta verlişin yeni aparıcısının adı da deyilir. Bu, Tural Xudiyevdi. Növbəti həftədən aparıcı qismində tamaşaçıların qarşısına Xudiyev çıxacaq. Bunu jurnalistin özü də təsdiqləyib: "Bəli, növbəti həftədən verilişin aparıcısı mən olacam". Tural Xudiyevdən Elnur Əşrəfoğlunun niyə televiziyadan ayrılmasını soruşduqda, cavab qısa oldu: "Sadəcə müqaviləsi başa çatıb".
Bir meddət əvvəl isə Elnur çalışdığı "Neftçi" klubunun mətbuat və ictimaiyyətlə əlaqələr departamentindən uzaqlaşdırılmışdı.
Hər şeyin bedeli var, olmadı yar.
MÜSLÜM GÜRSESin by misrasını unutmamalıydın Elnur bəy. Çünki Neftçinin çörəyindən nöyüt iyi gəlir. Hər kişinin isi deyil o çörəyi sonadək yesin.