"İnter"dən iki rəsmi transfer açıqlaması

02.06.2012 | 5086 dəfə oxunub

Transfer çalışmalarını davam etdirən "İnter" heyətinə daha iki futbolçu qatıb. Stadium.az xəbər verir ki, qapıçılar Elşən Poladov və Revaz Tevdoradze ilə bir illik müqavilə imzalanıb.
 
Elşən Poladov 2006-cı ildə "İnter"də oynayıb. Onun son klubu isə "Kəpəz" olub.
 
Gürcüstanlı qapıçı Revaz Tevdoradze isə karyerası ərzində öz ölkəsinin "Norçi Dinamo", "Tbilisi", "Dila" Qori, "Merani", "Qaqra" və "Batumi" klublarında çıxış edib. Onun son komandası isə "Çıkura Saçkhere" olub. Bununla yanaşı, qapıçı 2011-ci ildə legioner həyatı yaşayıb və Latviyanın "Olimpi Balti" klubunun şərəfini qoruyub.
 
Hər iki futbolçu artıq "İnter"in sıralarına qoşularaq komandanın Türkiyədəki təlim-məşq toplanışında iştirak edir. “Bankirlər” bundan öncə Georgi Adamiya, Slavço Georgiyevski və Tales Şützü də heyətlərinə qatmışdılar. Bundan əlavə Rüstəm Abbasov “Simurq”da icarədən qayıdıb və “Sumqayıt”ın futbolçusu Ramil Həşimzadə ilə hərtərəfli razılıq əldə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail