Vüqar Nadirov Almaniya klubunun hədəfində

31.05.2012 | 5810 dəfə oxunub

Millimizin futbolçusu Vüqar Nadirov Almaniyanın “Dinamo” klubunun maraq dairəsinə düşüb. Stadium.az xəbər verir ki, II Bundesliqa təmsilçisi olan Drezden klubu “Qarabağ”ın 25 yaşlı hücumçusunun yığmanın heyətində Andorra ilə Almaniyada qolsuz nəticələnən yoldaşlıq görüşünü stadiondan izləyib. 

Millimizin almaniyalı baş məşqçisi Berti Foqts da bu məlumatı təsdiqləyib: “Həmyerlilərimizin Vüqarın oyununu izləməyi haqda məlumatım var. Ancaq burada təkcə Bundesliqa yox, Norveçin, Türkiyənin isə 4 klubunun nümayəndələri vardı. Onlar komandamızın futbolçuları ilə maraqlanırlarsa, deməli, onlar səviyyəlidirlər”.

Foqtsdan futbolçularımızla maraqlananlardan nə məsləhət verəcəyini soruşduq: “Məndən hər azərbaycanlı futbolçu haqda soruşanda, yalnız müsbət fikirlərimi bildirəcəyəm. Azərbaycan yığmasının futbolçularının xaricdə oynamağını istərdim. Klublar da buna çalışmalıdırlar. Futbolçular xaricdə oynayanda, həm özləri, həm də bunadək çıxış etdiyi klublar həzz alacaqlar”.

Hələ ki, legioner həyatı yaşamayan Vüqar Andorra ilə matçda əsas heyətdə meydana çıxaraq, sona 20 dəqiqə qalmış əvəzlədi. O, yarımmüdafiənin sol cinahından hücuma dəstək verirdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail