75 il əvvəl: Gürcü hakimin tarixinə fit verdiyi, ermənilər üzərində tarixi qələbəylə təməli qoyulan "NEFTÇİ"

24.05.2012 | 5715 dəfə oxunub

Bu gün 24 maydır: çoxları üçün adi, heç bir əhəmiyyət kəsb etməyən gün. Amma əslində...

Bu tarix futbol tariximizin ən əlamətdar günü sayılmalıdır. Çünki ölkə futbolunun tarixi olan "Neftçi” ilk rəsmi matçını məhz mayın 24-də keçirib. Özü də düz 75 il əvvəl!

Bu il 75 illik yubileyini qeyd edən "ağ-qaralar” yarandığı 1937-ci ildə ilk dəfə mayın 24-də meydana çıxıblar. Həmin gün Bakının "Dinamo” stadionunda 5 min azarkeş həmin "siftə”ni izləməyə yığışmışdı.

...düz 75 il əvvəl gürcüstanlı hakim Nikolay Larionovun fiti ilə "Neftçi”nin tarixinə start verildi. Həmin matçadək gününü məşq etməklə keçirən futbolçularımız ilk matça çıxdılar.

...düz 75 il əvvəl SSRİ kubokunun 1/64 finalında "Neftyannik” adlanan təmsilçimiz meydana çıxırdı. Bu, komandamızın debüt oyunu idi.

..düz 75 il əvvəl ilk rəqib Ermənistan təmsilçisi idi. Tarixi Azərbaycan torpağı olan İrəvan "Dinamo”su ilə Bakıda başlayan oyunla, həm də bədnam qonşularımızla prinsipial duellərə də start verildi.

..düz 75 il əvvəl "neftçilər” tarixi qələbə qazandılar. Ermənilər üzərindəki qələbə ilə - 1:0.

...düz 75 il əvvəl Pavel Ştirlinin 87-ci dəqiqə vurduğu qol "Neftçi” tarixinin ilk qolu idi.

...düz 75 il əvvəl "Neftçi” tarixinin ilk mərhələsini keçib, 1/32 finala çıxdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail