Ramin Musayev: "Futbolumuza xeyir verən klubların qalmasının tərəfdarıyam"

24.05.2012 | 4666 dəfə oxunub

Premyer Liqada aprel və may ayları üçün “ən yaxşı oyunçu”ların mükafatlandırılması mərasimi keçirilmişdir. Stadium.az xəbər verir ki, mükafatlandırma mərasimində çıxış edən PFL-in prezidenti Ramin Musayev bunları bildirdi: “Bütün bu müddət ərzində KİV nümayəndələri ilə birlikdə olduq, aramızda çəkişmələr də oldu. Unibank Azərbaycan futbolunda ilkə imza atdı. Bu tərəfdaşlıqda əsas maliyyə yox, futbola göstərilən diqqət və qayğı idi. Unibankdan sonra digər banklar da futbolumuza investisiya qoymağa başladı. Unibankın futbola göstərdiyi qayğı heç zaman unudulmayacaq. Gələcəkdə də Unibankla əməkdaşlıqda maraqlıyıq”.

Qaliblərin mükafatlandırılmasından sonra Ramin Musayev və Faiq Hüseynov KİV nümayəndələrinin suallarını cavablandırdılar.

Ramin Musayev: “Mətbuatda I Divizion komandalarının lisenziya ala bilməməsi haqqında çox məqalə var idi. Birisi PFL-i günahkar görür, digəri AFFA-nı. Lakin, əgər klub mövsüm boyu əziyyət çəkirsə, futbolçu yetişdirirsə, lakin öz günahı ucbatından lisenziya ala bilmirsə, bu zaman yalnız özü günahkardır, futbolçuların arzusunu gözündə qoyur. Əgər belə hallara güzəşət getsək çempionatımız ağır cərimələnər. Ölkəmizə qarşı müsbət rəy yaratmalıyıq. “Xəzər Lənkəran”ın 6 xalının qaytarılması mənim ad günüm üçün ən böyük sevinc oldu. Azərbaycan klubuna qarşı haqsızlıq edilmişdi, haqq-ədalət öz yerini tapdı. Əgər “Sumqayıt” AFFA-nın komandası olsa idi çempionatı son pillədə başa vurmazdı. “Turan” klubunun ölkə futbolu üçün böyük zəhməti var. Hər bir klubda, hər milli komandamızda “Turan”ın yetirmələri çıxış edir. Mən, çempionatımızda Azərbaycan futboluna xeyir verən klubların qalmasının tərəfdarıyam. İlk dəfə olaraq, ölkə çempionatı ardıcıl üç mövsüm eyni sistemləl keçirildi. Gələcəkdə də bu formatda davam etdirilməsinin tərəfdarıyam. “İkinci altılıq”da rəqabət “ilk altılıq”dan daha çox idi. “Rəvan” və AZAL komandaları iddiaları ilə gələn mövsümə hazırlaşdıqlarını bildiriblər. Növbəti mövsümdə çempionatda hamının razı qalacağı yeni sistem tətbiq etmək istəyirik. Bu mövsümün qaliblərinin mükafatlandırılması mərasimini avrokuboklardan öncə təşkil etmək istəyirik. Lakin komandaların ev-səfər oyunları səbəbindən bu alınmazsa, tədbir çempionatdan öncə keçiriləcək”.

Faiq Hüseynov: “Unibank olaraq əməkdaşlığımızı davam etmək niyyətindəyik. PFL tərəfindən də qarşılıqlı marağın olmasını qısa zamanda biləcəyik. Razılıq olarsa, yalnız texniki detalları danışmaq qalır”.

pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail