“Xəzər Lənkəran”a dönüşüm üçün çox xoşbəxtəm"

24.05.2012 | 5531 dəfə oxunub

“Artıq sabahdan “Dinamo”nun futbolçusu sayılmayacağam. Yenidən “Xəzər Lənkəran”a dönüşüm üçün çox xoşbəxtəm. Çünki bu komanda mənim üçün “Dinamo”dan da yaxşıdır”. Stadium.az xəbər verir ki, bunu Buxarestin “Dinamo” klubu ilə Rumıniya kubokunu qazanan Manuel Skarlatake deyib.

“Rapid”lə həlledici qarşılaşmada qol vuran Manuel “Dinamo”da son oyununu keçirib. Belə ki, o, 1 illik fasilədən sonra yenidən Azərbaycanda çıxış edib, “Xəzər Lənkəran”ın şərəfini qoruyacaq. 26 yaşlı mərkəz müdafiəçisi keçidinə münasibət bildirib: “Bu çox xoşbəxt bir hadisə oldu ki, “Dinamo” ilə kubokun qalibi kimi ayrıldım. Lakin buradan ayrılmağıma heç təəssüflənmirəm. Çünki “Xəzər Lənkəran” rəhbərliyi həqiqətən də məni öz komandasında görmək istəyir. Bunun üçün klub pulundan da keçməyə hazırdır. İndi qazandığım kubok isə karyeramın ən əlamətdar hadisələrindən biridir”. 

2010/2011 mövsümündə “Xəzər Lənkəran”, son ildə isə “Dinamo” ilə ölkə kubokunu qazanan Skarlatake ardıcıl ikinci dəfə bu titulu qazanır. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail