"Çelsi" Di Matteonu qovur?

24.05.2012 | 5366 dəfə oxunub

Mart ayında Andre Villaş Boaşın qovulmasından sonra komandaya baş məşqçi kimi Roberto Di Matteonu gətirən Premyer Liqa klublarından olan "Çelsi"də bu günlərdə baş məşqçi mövzusunda böyük bir qərarsızlıq hökm sürür.

Müvəqqəti olaraq baş məşqçilik kreslosuna oturan isveçrəli mütəxəssisin komandaya həm “FA Cup” (İngiltərə Federasiya Kuboku), həm də Çempionlar Liqasını qazandırması "Çelsi"də yeni bir müzakirəyə səbəb olub.

“Skysports”un yaydığı xəbərə görə "Çelsi" Roberto Di Matteonun yerinə yeni bir baş məşqçi ilə razılaşmaq üzrə işlərə başlayıb.

Komandanın rəhbərlərindən olan Ron Qourlay verdiyi açıqlamada belə deyib: "Yeni baş məşqçimiz hər an müəyyən ola bilər, ancaq tələsmirik. Düzgün bir seçim etməliyik. Bütün idarəçilər ilə bir araya gəlib, qərarımızı verəcəyik. 4, yaxud da 5 iyulda oyunçuların tətildən dönməsi ilə birlikdə yeni baş məşqçimizi təyin edəcəyik".

41 yaşlı isveçrəli məşqçi Roberto Di Matteo Çelsidən əvvəl, 2008-ci ildə Milton Keynes Dons (MKD) ilə 2009-ci ildə “Vest Bromviç"i çalışdırmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail