Mirça Rednik: “Mənim bəzi şərtlərim var"

24.05.2012 | 34218 dəfə oxunub

“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Mirça Rednik “Astra” klubu ilə ilkin 3-aylıq müqaviləsinin müddəti bitdiyindən bu klubu tərk edib. Stadium.az xəbər verir ki, Rumıniya mətbuatının yadığı məlumata görə Rednik razılaşmaya görə 3-ay müddətindən sonra 1-illik yeni müaviləni imzalayıb imzalamayacağına qərar verməkdə azad imiş. Mütəxəssis mətbuata açıqlamasında razılaşma şərtlərini əsas gətirərək “Astra”dan ayrılacağı ilə bağlı gəzən söhbətlərin yersiz olmadığını bildirib. “Mənim bəzi şərtlərim var. Klub rəhbərliyi də bu şərtlərdən xəbərdardır. Mən “Astra”da çalışdığım müddətdə üzərimə düşəni edib komandanın elitanı tərk etmək təhlükəsindən saxladım. Bundan sonrakı fəaliyyətimi harada davam edəcəyimə hələ qərar verməmişəm. Əlbəttə istərdim ki, “Rapid”ə qayıdım. Artıq 10-il var ki, bu klubla çempioluq sevincini yaşamışam. Hazırda bir neçə təklifin üzərində düşünürəm.”

Rumın jurnlaistlər hazırda Rednikin Buxarest “Rapid”iylə razılaşma əldə edəcəyini real hesab edirlər. Beləki, yayılan xəbərlərə görə “Rapid” rəhbərliyi ölkə kubokunun finalında “Dinamo”ya məğlub olduqdan sonra komandaya yeni çalışdırıcının dəvət olunmasını düşündükdə Rednikin namizədliyində dayanıblar. Üstəlik Rednik bu klub üçün yad da deyil. İndiyə qədər üç dəfə ayrı-ayrı illərdə “Rapid”i çalışdıran Mirça Rednik bu klubla çempionluq sevincini yaşamış və kuboka və super kuboka da sahib çıxa bilmişdir.

Məsələni çətinləşdirən isə odur ki, “Astra” klubu da Redniklə yeni müqavilə imzalamaq niyyətindən əl çəkmir. Ploieşti təmsilçisi çalışdırıcıya yeni şərtlər də təklif edib. Lakin görünür Rednik fikrində qətidir.

Rumıniya mətbuatının yaydığı məlumatlara görə Rednikə ölkə xaricindən, o cümlədən Azərbaycandan da təklif gəlib. Qeyd edək ki, ölkəmizdən hansı klubun ona təklif göndərməsi barədə məlumat verilmir. 

12cioyuncu.info


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail