Ən zəifin, ən yaxşıları

23.05.2012 | 5271 dəfə oxunub

“Sumqayıt” Futbol Klubunun Premyer Liqada mübarizə aparan digər klublardan kəskin fərqi var. Gənclərdən təşkil olunmuş komandanın əsas məqsədi Azərbaycan futboluna xidmət etməkdir. Təcrübəli futbolçular Mahmud Qurbanovla Samir Abasov da öz bacarıqlarını gənclərlə bölüşüblər. Bernhard Raabın rəhbərlik etdiyi kollektiv 2011/12 mövsümündə futbolsevərləri təəccübləndirməyi bacarıb. İlkin mərhələdə “Qarabağ” kimi güclü rəqiblə görüşlərdə 4 xal toplayan gənclik şəhərinin təmsilçisi Premyer Liqanın final mərhələsində 9 xal toplayıb.

Kamil Nurəhmədov 32 oyunun hamısında meydanda olub

“Sumqayıt” başa çatan mövsümdə 32 futbolçunun xidmətindən yararlanıb. Komandanın heyətində legioner futbolçu yer almır. Baş məşqçi Bernhard Raabın ən çox güvəndiyi futbolçu U-21-in üzvü Kamil Nurəhmədovdur. Komandanın qol ümidi olan 21 yaşlı forvard bütün qarşılaşmalarda meydana çıxıb və 2211 dəqiqə mübarizə aparıb. Almaniyalı mütəxəssisin ən az şans verdiyi futbolçu isə qışda “Rəvan”a transfer olunan Ramil Nuriyevdir (1 dəqiqə).

Kamil Nurəhmədov – 32 (2211 dəq.)
Andriy Popoviç – 29 (2538)
Samir Abasov – 28 (2438)
Ruslan Tağızadə - 28 (2431)
Bədavi Hüseynov – 26 (2295)
Emin Mustafayev – 24 (1569)
Hacı Əhmədov – 21 (1890)
Ramil Həşimzadə - 21 (1098)
Timur İsrafilov – 20 (1538)
Slavik Alxasov – 20 (1474)
Orxan Əliyev – 20 (1426)
Eşqin Quliyev – 18 (1031)
Mahmud Qurbanov – 17 (1165)
Orxan Həsənov – 17 (734)
Abdulla Abatsiyev – 16 (1282)
Ruslan Qurbanov – 15 (965)
Uğur Pamuk – 14 (963)
Murad Səttarlı – 13 (619)
Eldar Məmmədov – 12 (789)
Tərlan Quliyev – 10 (839)
Samir Abdulov – 10 (369)
Yasin Abbasov – 6 (297)
Murad Ağayev – 4 (360)
Sahil Kərimov – 4 (339)
Ruslan Nəsirli – 4 (82)
Aleksandr Qross – 4 (181)
Şamil Camaləddinov – 4 (118)
Bəxtiyar Həsənalızadə - 3 (235)
Aqil Məmmədov – 3 (84)
Rəşad Kərimov – 2 (132)
Samir Yusifov – 1 (63)
Ramil Nuriyev – 1 (1)

Orxan Əliyev ən sərrast futbolçudur

“Sumqayıt” Futbol Klubu başa çatan mövsümdə 27 dəfə rəqib qapılarına yol tapıb. Komandanın ən məhsuldar futbolçusu 19 yaşadək futbolçulardan ibarət milli komandanın üzvü Orxan Əliyevdir. 17 yaşlı forvard Unibank Premyer Liqasında 5 qol vurub. Orxandan sonra ikinci ən sərrast futbolçu Kamil Nurəhmədovdur. Nurəhmədov biri penaltidən olmaqla 4 dəfə qol sevinci yaşayıb. Ümumiyyətlə, komandanın vurduğu 27 qolda 13 futbolçunun imzası var. Kapitan Samir Abasov isə 3 dəfə komandasına sevinc bəxş edib. Komandanın buraxdığı qollara gəlincə, 29 oyunda çərçivəni qoruyan Andriy Popoviç 41 dəfə topu tordan çıxarmalı olub. İkinci qapıçı Sahil Kərimov isə biri penaltidən olmaqla 11 dəfə məyus olub.

Vurulan qollar: Orxan Əliyev – 5, Kamil Nurəhmədov – 4 (1/1), Samir Abbasov – 3, Eldar Məmmədov – 2, Emin Mustafayev – 2 (2/1), Eşqin Quliyev – 2 (1/1), Ruslan Qurbanov – 2, Uğur Pamuk – 2, Murad Səttarlı – 1, Orxan Həsənov – 1, Samir Abdulov – 1, Timur İsrafilov – 1, Yasin Abbasov – 1.

Buraxılan qollar: Andriy Popoviç – 41 (4/2), Sahil Kərimov – 11 (1/1).

klub saytı


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail