Ronaldo EURO-2012-dəki favoritlərini açıqladı

23.05.2012 | 5279 dəfə oxunub

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo bu yay keçiriləcək Avropa Çempionatında Almaniya, İspaniya və ya Hollandiyanın zəfərə çatacağını düşünür. Stadium.az "Goal.com"a istinadən xəbər verir ki, Ronaldo "İspaniyanın şansı daha çoxdur. Almaniya və Hollandiya da ən az onlar qədər yaxşı şansa malikdir" deyə danışıb. Ronaldo sözlərinə daha sonra belə davam edib: "Kuboku biz də qazana bilərik. Ancaq üstümüzdə bu istiqamətdə bir təzyiq yoxdur. Əsas təzyiq Almaniya, Hollandiya və İspaniyanın üstündədir. Biz turnirdən kef almağa çalışacağıq. Oraya getdikdən sonra nələr olacağını görərik. Mənə görə turnirdəki ən çətin qrupa düşdük. Almaniya ilə Hollandiya dünyadakı ən yaxşı komandalar arasındadır. Danimarka da seçmələrdə nələr edə biləcəyini göstərdi. Yenə də hər şey ola bilər. Portuqaliya olaraq yaxşı komandalara qarşı oynamaq istəyirik. Əyləncəli bir texniki adama sahibik. Komanda olaraq qaynaşmış vəziyyətdəyik. Toplanışda olmaq belə məni xoşbəxt edir". 

8 iyunda başlayacaq turnirdə Portuqaliya "B" qrupunda Almaniya, Hollandiya və Danimarka ilə qarşılaşacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail