"Neftçi"ni “Qalatasaray”, “Yuventus”, və “Borussiya” ilə nə bağlayır?

22.05.2012 | 5052 dəfə oxunub

Ötən mövsüm olduğu kimi, 2011/12 mövsümündə də Premyer Liqamızda çempion olan “Neftçi” bu uğuruna yerli baş məşqçiylə imza atdı. Stadium.az xəbər verir ki, ötən mövsüm qızıl medalları Arif Əsədovla boynuna taxan “ağ-qaralar”ı bu dəfə eyni uğura Böyükağa Hacıyev daşıdı.
 
Maraqlıdı ki, Azərbaycanda olduğu kimi, Avropa ölkələrində də bu mövsüm yerli məşqçilərin hegemonluğu diqqət çəkir. Belə ki, UEFA-ya üzv olan 53 ölkənin 32-də artıq çempionlar bəllidi. Həmin 32 ölkədən də 21-nin çempionları ən güclü adını məhz yerli mütəxəssislərlə qazanıblar.
 
Məsələn, qardaş Türkiyədə “Galatasaray” çempionluğunu Fatih Terimlə qazandı. Böyük beşlik ölkələrindən İtaliyada “Juventus”, Almaniyada Dortmund “Borussiya”sı, Fransada “Montpellier” də yerli mütəxəssislərin rəhbərliyi altında titula sahib çıxdı. İngiltərədə “Manchester City”, İspaniyada “Real”, Ukraynada “Şaxtyor”, Yunanıstanda “Olympiakos” isə əcnəbi mütəxəssislərlə istəyinə çatdı.
 
Yeri gəlmişkən qeyd edək ki, qardaş Türkiyə mətbuatı oxşar müqayisələri apararkən Azərbaycan çempionu ilə bağlı yanlışlığa yol veriblər. Belə ki, onlar “Neftçi”ni bu mövsüm Böyükağa Hacıyevin yox, Arif Əsədovun çempion etdiyini qeyd ediblər. Halbuki, Əsədov “ağ-qaralar”la ötən mövsüm bu uğura imza atmışdı və 2011/12 mövsümünün startı öncəsi istefa vermişdi.
 
Sonda çempion komandaların baş məşqçilərinin siyahısını diqqətinizə çatdırırıq:
 
Klub – Baş məşqçisi – Baş məşqçinin təmsil olunduğu ölkə
Galatasaray - Fatih Terim – Türkiyə
Juventus - Antonio Konte - İtaliya
Borussia (Dortmund) - Yürgen Klopp - Almaniya
Ajax - Frank de Bur - Hollandiya
Montpellier - Rene Jirar - Fransa
Porto - Vitor Pereyra - Portuqaliya
Dinamo (Zaqreb) - Ante Çaçiç - Xorvatiya
Anderlecht - Pyerre Leroy - Belçika
Slovan Liberec - Yaroslav Silhavi – Çexiya
Cluj - İoan Andone - Rumıniya
Debrecen - Elemer Kondas – Macarıstan
Vardar - İlço Gyorgioski - Makedoniya
Bangor City - Pauell Nevil - Uels
Hapoel Kir Shmona - Ran Ben Şimon - İsrail
AEL Limassol - Pambos Kristodulou – Kipr
Neftçi – Böyükağa Hacıyev – Azərbaycan
Zeljeznicar - Amar Osim – Bosniya və Herseqovina
Valletta - Leonard Farruqia - Malta
Slask - Orest Lençik – Polşa
Maribor - Darko Milaniç – Sloveniya
Lusitans - Viçens Markes - Andorra
 
Ölkəsindən kənarda çempionluq sevinci yaşayan mütəxəssislər isə aşağıdakılar olub:
 
Komanda – Baş məşqçi – baş məşqçinin ölkəsi – çempion olduğu çempionat
Manchester City - Roberto Mançini - İtaliya (İngiltərə)
Real - Joze Mourinyo – Portuqaliya (İspaniya)
Olympiakos - Ernesto Valverde - İspaniya (Yunanıstan)
Şaxtyor - Mirça Luçesku - Rumıniya (Ukrayna)
Salzburg - Rikardo Monis - Hollandiya (Avstriya)
Skenderdbeu - Stanislav Levo - Çexiya (Albaniya)
Dudelange - Didye Filip - Fransa (Lüksemburq)
Buducnost - Saşa Petroviç - Serbiya (Monteneqro)
Partizan - Avram Qrant - İsrail (Serbiya)
Zenit - Luçano Spalletti - İtaliya (Rusiya)
Celtic - Neyl Lennon - Şimali İrlandiya (Şotlandiya)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail