Sadıq Sadıqov: "Bu suala cavab verə bilmərəm"

19.05.2012 | 7239 dəfə oxunub

"Neftçi" klubunun prezidenti Sadıq Sadıqovun "Stadium.az" saytına müsahibəsi: 

- "Neftçi" ölkə kubokunun finalında "Bakı"ya uduzaraq "Qızıl dubl" edə bilmədi...

- Komanda çempionluğu əldə edəndən sonra çox arxayınlaşmışdı. Bahadır Nasimovun zədə səbəbindən bizə tam gücü ilə kömək edə bilməməsi meydanda öz sözünü dedi. Bu da oyunun gedişinə birbaşa təsir göstərdi. Amma bu o demək deyil ki, "Bakı" pis oynadı. "Bakı" çox gözəl oyun göstərdi. Rəqib bu oyuna bizdən daha yaxşı motivasiya olunmuşdu. Bu komanda "altılıq"da sonuncu oldu, son iki turu də ikinci heyətlə oynayıb komandanı finala çox rahat çıxardılar. Güclərini kuboka saxlayıb, istədiklərini də aldılar.

- Mövsüm ərzində topla ən yaxşı oyun göstərən "Neftçi" bu gün bunu bacarmadı...

- Bu, məşqçilərin işidi. Bu suala cavab verə bilmərəm. Burada əsas problem komandanın tam motivasiyasının olmamasında idi. İlk dəqiqlərdə Rəşadın cərimə zərbsindən sonra top tirə dəydi, Flavinyo ilk dəqiqələrdə gözəl vəziyyətdən qol vura bilmədi.... Şans "Bakı"nın yanında idi.

- Heyətdə hansı dəyişikliklər olacaq?

- Biz yenə də çempionluğa oynayacağıq. Bununla yanaşı Çempionlar Liqasında da ağır sınağımız var. Heyətə yeni futbolçular qatmasan, uğur qazana bilməzsən. Bizə yeni ruh, yeni qan lazımdı. Gələn legionerlər çox səviyyəli olacaqlar. Bunu bacara bilsək, yeni mövsümdən daha güclü "Neftçi" izləyəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail