Hafiz Məmmədov: "Son 3-4 ayda özümü ancaq kuboka motivasiya etmişdim" - MÜSAHİBƏ

19.05.2012 | 12913 dəfə oxunub

Azərbaycan kubokunun qalibi olan "Bakı" klubunun prezidenti Hafiz Məmmədovun "Stadium.az" saytına müsahibəsi:


- "Bakı" özü üçün uğursuz mövsümü kuboku almaqla qapatdı...

- Artıq bir yox, ikinci mövsümdür ki, belədir. Uğursuzluq Şeferin vaxtından başlamışdı. Özüm də bundan bərk narazı idim, yaxşı nəticə görmürdüm. İnana bilmirdim ki, belə güclü heyət - komanda uğur qazana bilməsin. Son 3-4 ayda özümü ancaq kuboka motivasiya etmişdim, komandadan da çox narazı idim. Nələr baş verdiyini də başa düşə bilmirdim. Çünki komanda üçün hər nə istəyiblər, onlara yaradılıb. Baza var, stadion var, hər cür şərait var - bunlar köhnəlmiş sözlərdir. Maraqlı idi ki, bunlar niyə oynamırlar? Amma inanırdım ki, hər şey öz qaydasına düşəcək. Məndə bir inam vardı ki, kubok bizim olacaq. İnandığım da oldu.

- Starkovu böyük ümidlərlə komandaya gətirmişdiz. O, burda olanda komanda oyununu itirmişdi, gedəndən sonra isə hər şey öz qaydasına düşməyə başladı. Həqiqətənmi bütün problemlər Starkovla bağlıydı?

- Yox, hər şey onluq deyildi. Starkov çox mədəni, intiligent, sadə adamdır. O, gedəndə dedi ki "mən döyən, söyən adam deyiləm, bacarmadım. Futbolçular döyülməlidir, bu oyunla". Dedi və çıxıb getdi.

- Deyirsiz Starkov çox yaxşı insan idi, amma məşqçiliyinə toxunmadız...

- Çox yaxşı da məşqçi idi. Onun çox sərt prinsipiallığı vardı. O prinsipiallıq insanda olmalıdır, amma bir balaca yumşaqlıq da mümkündür. Mən Jabanı komandaya qaytarmaq üçün onunla iki ay danışdım. Onun burada uğur qazanmasına tərsliyi, prinsipiallığı mane oldu. Sizcə Starkov komandanı meydana hər oyun səhv taktika ilə çıxara bilərdi? Elə şey mümkün deyildi. Öz istədiyini yertimək istədi, alınmadı. Məşqçi işlədiyi yerin mühitini də nəzərə almalıdır. Mən hələ o vaxt dedim ki, cənab Starkov, Maris Verpakovskis burada oynaya bilməyəcək, belə də oldu. Mən bunu bir daha kubok oyunundan sonra Marisin yadına saldım. Starkova birinci gündən demişdim ki, özünə arxayın olmasın.

- Artıq "Bakı"da ikinci dəfədir ki, baş məşqçi gedir və komanda kuboku qazanır. Cüneyd Biçər kuboku qazandı, komandadan göndərildi. Bu aqibət Novruz Əzimovu da gözləyirmi?

- Bunlar tam fərqli adamlardır. Biçərdən çox da razı qalmışdım. Onun söhbətləri mənim xoşuma gəlmişdi. Mən bütün məşqçiləri komandadan göndərəndə konpensasiyaların ödəyib yola salmışam, amma Bülənt Korkmaz gedəndə mənlə pul söhbəti etmədi. O, getdi, Cüneyd içəridə idi, birləşib komandanı oynatdılar. Cüneyd mənə dedi ki, çoxlu xərc çəkmək lazım deyil, gəlin cavanlarla işləyək, onlar Azərbaycanın gələcəyidir. Mən isə ona dedim ki, "mən tacirəm, azarkeş bazarını itirə bilmərəm". Biz Biçəri baş məşqi təyin edəndə ona söz verməmişdik ki, ömürlük burada qalacaqsan. Novruz da həmçinin. Amma onda fərqlilik var. Novruz bu komandanın təməlinin qoyulduğu gündən burdadır. O, bura baş məşqçi kimi gəlməyib, elə burada idi. Novruz Əzimov bizim kollektivimizin bir üzvüdür, əsas simalarından biridir, həmişə də burada qalacaq.

- Bülənt Korkmazın "Bakı"ya gələcəyiylə bağlı xəbərlər gündəmdən düşmür. Nə dərəcədə realdı bu?

- Yox, biz hələ heç bir baş məşqçi ilə danışıq aparmamışıq. Zarafat bir kənara, həmişə komandaya məşqçi gətirərkən daxildəkilərlə məsləhətləşirdim. Bu dəfə isə özüm gətirəcəm, klubdan heç kimlə bu barədə danışmayacam. Seçimi özüm edəcəm. 5-10 bilici adamla məsləhətləşib, bir qərara gələcəm. Bülənt çox gözəl insandır, onunla aramızda dostluq münasibətləri var. Mən ondan yaşca böyüyəm, hər bayramda mənə zəng edir, təbdriklərin çatdırır. Şefer də gündə zəng edir ki, cənab prezident gəlim?. Elə bilir ki, yer boşalıb, elə bunu gətirəcəyik... Ağıllı adamların bir sözü var, deyirlər "ayrılanda elə ayrıl ki, barışmağa üzün olsun". Mən Büləntə burdan gedəndə də dedim ki, qapılarım həmişə üzünə açıqdır. Bülənt Korkmaza burada həmişə yer var, niyə də olmasın?! Sözün düzü, onunla bu barədə danışığım olmayıb.

- "Bakı"ya gələn əcnəbi məşqçilərin işi alınmır. Niyə yerli bazara üz tutmursuz?

- Keçəcəm öz ticarətimə. "Mən hər şeyi bilirəm" deyən insanlardan xoşum gəlmir. Mən heç bir yerli məşqçiyə pis demirəm, amma niyə də burada Avropa təcrübəsi olmasın? Düzdür nəticə olmur, amma başqa amillər var, kənardan barmaq edirlər. Ferqyusson 26 ildi "Mançester Yunayted"in baş məşqçisidir, ilk illərdə Ser komandaya heç bir uğur qazandırmayıb, amma səbr ediblər. Bizdə isə səbr etmək yoxdur.

- "Bakı"nı Avroliqaların qrup mərhələsində nə vaxt görmək mümkün olacaq?

- Bizim planımıza görə bu, bu il olmalıdı idi, amma mümkün olmadı. Hələ buna zaman lazımdır, bu barədə danışmaq çox tezdir.



Söhbət etdi: VÜSAL BƏBİRLİ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail