Kənan Məmmədov: "Bu sevinci mənə yaşatdıqları üçün hər bir "Bakı" futbolçusunu öpürəm, bağrıma basıram"

18.05.2012 | 22587 dəfə oxunub

Dünən "Neftçi"ni məğlub edərək Azərbaycan kubokunu qazanan "Bakı"lı futbolçular, qarşılaşma başa çatandan sonra kuboku klubun prezidenti Hafiz Məmmədovuun oğlu, gən iş adamı Kənan Məmmədova təqdim etdilər. Fürsətdən istifadə edib Kənan bəyin kubok qələbəsiylə bağlı fikirlərini öyrəndik. Kənan Məmmədov "Stadium.Az"a özəl açıqlamasında qələbəni belə dəyərləndirdi: "İşlə bağlı çoxdandır "Bakı"nın oyunlarını izləməyə vaxtım olmurdu. Demək olar ki, son bir neçə oyun idi komandanın matçlarını izləyə bilmirdim. Bu gün oyunu izlədim və komandamız mənə əsil futbol həyacanı yaşatdı. Udmaq bir yana, "Bakı" bü gün çox gözəl oyun sərgilədi. Qollar isə sadəcə möhtəşəm idi. Juniorun vurduğu ikinci qolun isə şərhə heç bir ehtiyacı yoxdur. Uzaq məsafədən vurduğu qol məni çox sevindirdi, möhtəşəm qol idi. Bütün komandanı, qələbədə payı olan hər bir "Bakı" üzvünü, "Bakı" sevəri təbrik edirəm. Başda klub prezidenti Hafiz Məmmədov olmaqla hər bir "Bakı"lını təbrik edirəm, onlar bu gün qəlbəyə layiq idilər. Heç şübhəsiz ki, qələbədə futbolçular qədər böyük zəhmət çəkən klubumuzun vitse-prezidenti Zeynal Məmmədovu təbrik edirəm. Bu gün bu sevinci mənə yaşatdıqları üçün hər bir "Bakı" futbolçusunu öpürəm, bağrıma basıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail