"Qəbələ" daha iki futbolçuya qapını göstərdi

18.05.2012 | 4423 dəfə oxunub

Yeni mövsümdə qarşısına böyük hədəflər qoyan “Qəbələ” 2012/2013 üçün heyətini formalaşdırmağa başlayıb. Stadium.az xəbər verir ki, artıq bir neçə futbolçunun komandadakı taleyinə aydınlıq gətirilib. 

“Qəbələ”nin yollarını ayırdığı futbolçuların siyahısına daha ikisi əlavə olunub. Bunlar Sergey Sokolov və Nuran Qurbanovdur. Onlaradək isə Mahir Şükürov, Abdul Kader Kamara, Lyubo Baranin, Pavel Doroşev, Qrem Smit, Deon Barton, Arif İsayev və Saşa Yunisoğlu ilə yollar ayrılmışdı.

Digər müqaviləsi sona çatdığından komandanı tərk edəcəyi gözlənilən futbolçu hollandiyalı Stiv Olferslə danışıqlar davam etdirilir. Razılıq əldə olunarsa, müdafiəçi növbəti mövsümdə də “Qəbələ” üçün tər tökəcək. 

Müqaviləsi sona çatan Nodar Məmmədovla razılıq əldə olunub və yaxın vaxtlarda müdafiəçi ilə yeni müqavilə imzalanacaq. Hazırda müalicə alan Rövşən Əmiraslanovun komandada qalıb-qalmayacağı məsələsi də futbolçunun müalicəsinin nəticələrinə görə öz həllini tapacaq.

Tərzin Cahangirov isə futbolçu həyatını icarə əsasında başqa komandada davam etdirəcək. Onun hansı kluba keçəcəyi hələ dəqiqləşməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail