"Simurq" ilk transferini gerçəkləşdirdi

17.05.2012 | 5366 dəfə oxunub

Yeni mövsümə hazırlıqları davam etdirən “Simurq” artıq ilk transferini gerçəkləşdirib. Stadium.az xəbər verir ki, Zaqatala klubu argentinalı yarımmüdafiəçi Kristian Torreslə ilkin razılaşma əldə edib.
 
27 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra onunla bir illik rəsmi müqavilə imzalanacaq.
 
Buna qədər Bakının “Rəvan” komandasının şərəfini qoruyan Kristian Torresin Azərbaycanda ilk çıxış etdiyi klub “Qəbələ” olub. 2009-cu ildən ölkəmizdə top qovan cənubi amerikalı futbola “Atletiko Kolegiales” klubunda başlayıb və 2003-cü ildə Argentina çempionu olub. Karyerası ərzində isə Latviyanın “Yurmala”, Liapayanın “Metallurq” komandasında forma geyinib. 2007-ci ildə “Metallurq”un heyətində Latviya çempionatının gümüş və “Baltika Cup”ın qızıl medallarını qazanıb.
 
Bundan öncə “Simurq” İlkin Qırtımov və Aleksandr Şemonayevlə müqavilələrinin müddətlərini daha bir il artırıb. Eyni zamanda 14 futbolçu komandadan uzaqlaşdırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail