Araz Abdullayev yenidən "Neftçi"də oynayacaq

16.05.2012 | 4700 dəfə oxunub

Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Araz Abdullayev yenidən “Neftçi”nin uğurları üçün çalışacaq. Stadium.az xəbər verir ki, Yunanıstanın “Panionios” klubunda çıxış edən həmyerlimiz mövsüm başa çatan kimi vətənə qayıdıb.
 
Hazırda istirahətini davam etdirən gənc futbolçu sabiq komandası, yetirməsi olduğu “Neftçi”nin UEFA Çempionlar Liqasına hazırlıqlarını gözləyir. Belə ki, Abdullayev yenidən “ağ-qaralar”ın düşərgəsinə qoşularaq bu komandanın qitə miyqaslı oyunlarına hazırlaşacaq.
 
Paytaxt klubu hətta Arazın adını UEFA-ya təqdim edəcəyi iştirak ərizəsinə də daxil edəcək. Ən azı növbəti mövsümün startına kimi millimizin üzvü “Neftçi”yə xidmət edəcək.

Lakin transfer hüquqları eyni zamanda İngiltərənin “Everton” klubuna məxsus olan Abdullayevin növbəti mövsümdə karyerasını harda davam etdirəcəyi dəqiq bilinmir. Mayın axırlarında “Panionios” rəsmilərinin Bakıya səfəri gözlənilir. Mümkündü ki, Araz daha bir il Yunanıstan Super Liqasında çıxış etsin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail