"Neftçi" və "Bakı" kubokda ilk dəfə

16.05.2012 | 4602 dəfə oxunub

Azərbaycan kubokunun final matçında qarşılaşacaq “Neftçi” və “Bakı” indiyədək bu yarışda üz-üzə gəlməyiblər. Stadium.az xəbər verir ki, kubokun 20 illik tarixi ərzində 402 müxtəlif cüt bir-biri ilə qarşılaşıb. Lakin bu cütlər arasında “Neftçi” – “Bakı” cütü yoxdur. Bu cüt kubok tarixinə 403-cü cüt kimi düşəcək.

39-cu oyun

Finalda qarşılaşacaq paytaxt təmsilçiləri əvvəllər yalnız Azərbaycan çempionatında görüşüblər. Burada “Neftçi” müxtəlif adlar altında çıxış edən rəqibi ilə 38 dəfə görüşüb. Bunların 23-də “ağ-qaralar”, 8-də “zolaqlılar” qalib gəlibsə, 7 dəfə isə heç-heçə qeydə alınıb. Top fərqində də “Neftçi” öndədir – 57:30.

4-cü stadion
Kubok oyunu ilk dəfə “Dalğa Arena”da keçiriləcək. İndiyədək yalnız 3 stadion həlledici qarşılaşmaya ev sahibliyi etmişdi. Bunlar Tofiq Bəhramov adına Respublika stadionu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu və “Şəfa” stadionudur. Yeni arena bu siyahıda 4-cü olacaq.

20-ci final
Mayın 17-dəki final Azərbaycan kubokunun 20-ci həlledici qarşılaşması olacaq. “Neftçi” 6, “Bakı” 2 dəfə oynadığı finalda növbəti cəhdini edəcək. “Neftçi” finalda 1 dəfə uduzsa da 5 qat kubok sahibi olmaqla rekordçudur. “Bakı” isə finalda uduzmayanlardan biridir. 

3-cü paytaxt derbisi
Azərbaycan kubokunun final oyunları tarixində 3-cü dəfə həlledici görüşdə eyni şəhərin 2 komandası qarşılaşacaq. Əvvəlki hər 2 halda Bakı təmsilçiləri finalda oynayıb. “Neftçi” və “Bakı” arasındakı paytaxt derbisinə qədər 2001 və 2005-ci illərdə bakılıların finalı olub. 2000/01 mövsümündə “Neftçi” “Şəfa”ya uduzubsa, 4 il sonra “Bakı” “İnter”i məğlub edib. Maraqlıdır ki, hər 2 derbi eyni hesabla başa çatıb – 2:1.

AZƏRBAYCAN KUBOKU

Tarix           Qalib                       Finalçı                                 hesab

30.08.1992 “İnşaatçı” (Bakı)       “Kür” (Mingəçevir)              2-1 əlavə vaxtda

28.05.1993 “Qarabağ” (Ağdam)  “İnşaatçı” (Sabirabad)        1-0 əlavə vaxtda

08.06.1994 “Kəpəz” (Gəncə)       “Xəzər” (Lənkəran)             2-0

28.05.1995 “Neftçi” (Bakı)          “Kür” (Mingəçevir)              1-0

15.05.1996 “Neftçi” (Bakı)          “Qarabağ” (Ağdam)            3-0

28.05.1997 “Kəpəz” (Gəncə)       “Xəzri” (Bakı)                     1-0

28.05.1998 “Kəpəz” (Gəncə)       “Qarabağ” (Ağdam)            2-0

28.05.1999 “Neftçi” (Bakı)          “Şəmkir”                             0-0 pen. 5-3

28.05.2000 “Kəpəz” (Gəncə)       “Qarabağ” (Ağdam)            2-1

25.05.2001 “Şəfa” (Bakı)            “Neftçi” (Bakı)                     2-1

28.05.2002 “Neftçi” (Bakı)         “Şəmkir”                             +:- 

09.05.2004 “Neftçi” (Bakı)          “Şəmkir”                            1-0 əlavə vaxtda

28.05.2005 “Bakı”                      “İnter” (Bakı)                     2-1 əlavə vaxtda

03.06.2006 “Qarabağ” (Ağdam)  “Karvan” (Yevlax)              2-1

28.05.2007 “Xəzər Lənkəran”     “MKT-Araz” (İmişli)            1-0

24.05.2008 “Xəzər Lənkəran”     “İnter” (Bakı)                     2-0 əlavə vaxtda

23.05.2009 “Qarabağ” (Ağdam)  “İnter” (Bakı)                    1-0

22.05.2010 “Bakı”                      “Xəzər Lənkəran”               2:1

24.05.2011 “Xəzər Lənkəran”     “İnter” (Bakı)                     1:1, pen. 4-2



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail