1832 günlük həsrətə son və ya ənənəyə davam

16.05.2012 | 3129 dəfə oxunub

Premyer Liqanın 32-ci turunda “Qarabağ”ı 4:1 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” 2011/12 mövsümünün final mərhələsində ilk böyükhesablı qələbəsini qazandı. Stadium.az xəbər verir ki, bununla da komanda öz ənənəsinə sadiq qalıb. Belə ki, ardıcıl 3-cü dəfə altılıq prinsipi ilə keçirilən çempionatların hər final mərhələsində 1 belə qələbə əldə olunub.
 
2009/10 mövsümünün XXIII turunda “Qəbələ”, 2010/11 mövsümünün XXVIII turunda isə AZAL böyükhesablı məğlubiyyətə məruz qalmışdı – müvafiq olaraq 4:1 və 3:0. Hər mövsümün final mərhələsində 1 belə uğuru olan “Xəzər Lənkəran” ümumilikdə son böyükhesablı qələbəsini 69 gün əvvəl qazanmışdı. Martın 3-də baş tutan təsnifat mərhələsinin son oyununda “Sumqayıt” 3:0 hesabı ilə məğlub edilmişdi.
 
Bu, komandanın tarixində 48-ci, daxili yarışlarda isə 47-ci belə qələbədir. Bu qələbələrin 6-sı cari mövsümə təsadüf edir – 5-i Premyer Liqa, 1-i kubok.
 
Ümumilikdə isə “Xəzər Lənkəran”ın tarixində ölkə çempionatında 36, kubokunda 11 belə qələbə var. Premyer Liqada çıxış etdiyi 8 mövsüm ərzində “Xəzər Lənkəran” hər çempionatda ən azı 1 dəfə buna nail olub.
2004/05 – 8
2005/06 – 1
2006/07 – 6
2007/08 – 5
2008/09 – 5
2009/10 - 4
2010/11 – 2
2011/12 - 5
Cəmi - 36
 
Azərbaycan kubokunda isə 2004/05, 2009/10 və 2010/11 mövsümlərində darmadağın sevinci yaşanmayıb.
2005/06 – 2
2006/07 – 3
2007/08 – 3
2008/09 – 2
2011/12 – 1
Cəmi – 11
 
Komandanın daha bir darmadağını 2008-ci ildə keçirilən “Birlik kuboku”nda qeydə alınıb. Həmin vaxt Litva çempionu “Kaunas” darmadağın edilib – 3:0.
 
İndiyədək 26 rəqibini böyük hesabla məğlub edən “Xəzər Lənkəran” tarixində 3-cü dəfə “Qarabağ”ı 3 top fərqi ilə yendi. Maraqlıdı ki, digər 2 oyun da indiki kimi may ayına təsadüf edib. 2005-ci il ayın 15-də 3:0, 2 il sonra mayın 7-də isə 4:1 hesabları qeydə alınmışdı. Bu isə o deməkdir ki, “Qarabağ” 1832 gündən sonra “Xəzər Lənkəran”a böyük hesabla uduzdu. Ağdam təmsilçisi ən azı 3 dəfə belə yendiyimiz 7-ci komanda oldu.
“Gənclərbirliyi” – 6
“Bakı”, “Bakılı”, MOİK, “Muğan”, “Qəbələ” , “Qarabağ” - 3
AZAL, “Masallı”, “Şahdağ”, “Şərur”, “Turan” - 2
ABN, “Ədliyyə”, “Göyəzən”, “Karat”, “İnter-2”, “Karvan”, “Kəpəz”, “MKT-Araz”, “Qaradağ-Lökbatan”, “Şəmkir”, “Simurq”, “Standard”, “Sumqayıt”, “Kaunas” (Litva) – 1
 
“Xəzər Lənkəran”ın baş məşqçisi postunda ilk dəfə böyük hesablı qələbənin sevincini yaşayan Yunis Hüseynov yeni komandasıyla buna nail olan 8-ci mütəxəssis oldu.
 
1. Ağasəlim Mircavadov - 22 (çempionatda 16 + kubokda 5 + “Birlik kuboku”nda 1)
2. Rasim Kara – 12 (10+2)
3. Mirça Rednik – 4 (3+1)
4-5.İqor Ponomaryov – 3 (3+0)
       Cüneyt Biçer – 3 (3+0)
6. Nazim Süleymanov – 2 (0+2)
7-8. Viktor Pasulko və Yunis Hüseynov – hər ikisi 1 (1+0)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail