Premyer Liqada ilk dəfə

15.05.2012 | 4968 dəfə oxunub

Premyer Liqanın son “Qarabağ”la ev oyunu “Xəzər Lənkəran”ın 2 futbolçusu üçün əlamətdar olub. Stadium.az xəbər verir ki, malili yarımmüdafiəçi Sadio Tounkara və kosta-rikalı hücumçu Rendall Brenes 4:1 hesabı ilə qalib gəldikləri matçda çempionatımızda qol hesablarını açıblar. Bu matçadək 64 futbolçu Premyer Liqa görüşlərində “Xəzər Lənkəran” üçün qol vurmuşdu ki, qış transferləri bu sayı 66-ya çatdırıb.

Çempionatdan fərqli kubokda qol sevinci yaşamış Brenes “Xəzər Lənkəran” formasında əvvəl də qol vurub. Sadio isə ümumilikdə “ağ-yaşıl” formada ilk dəfə qol sevinci yaşadı. O, eyni zamanda Azərbaycanda malililərin ilk qolunun müəllifi oldu. Təbii ki, əvəzedicilərin çempionatı nəzərə alınmamaqla. Çünki Tounkara ilə birgə Lənkəranda gələn Salif Balili əvəzedicilərin yarışında fərqlənmişdi. 

Tounkara “Xəzər Lənkəran” formasında qol sevinci yaşayan ümumilikdə 72-ci futbolçudur ki, onlardan 46-sı legionerdir. Sadioya qədər “Xəzər Lənkəran”ın heyətində 12 rumıniyalı, 7 braziliyalı, 4 türkiyəli, bolqarıstanlı, 3 portuqaliyalı, 2 albaniyalı, kosta-rikalı, serbiyalı, 1 argentinalı, fransalı, kolumbiyalı, honduraslı, moldovalı, nigeriyalı, fil dişi sahilili, sloveniyalı və syerra-leoneli qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail