Altay Əliyev - 34!

14.05.2012 | 6353 dəfə oxunub

Bu gün Azərbaycanın nüfuzlu telejurnalistlərindən olan, son illər mediadan uzaqlaşsa da, mediatikliyini itirməyən Altay Əliyevin ad günüdür. 1978-ci il may ayının 14-də Ağdam şəhərində anadan olan həmkarımız 1994-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun "Beynəlxalq münasibətlər" fakultəsinə daxil olub. 1998-ci ildə bakalavr dərəcəsini bitirən A.Əliyev 2000-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Dünya siyasəti və beynəlxalq münasibətlər" ixtisası üzrə magistr təhsilini alıb.

Jurnalist fəaliyyətinə 1995-ci ildə "525-ci qəzet"də başlayıb. Bir il sonra AzTV-yə keçib və 14 il dövlət televiziyasında çalışıb. 2002-ci ildə ATV-də fəaliyyət göstərən həmkarımız bir sıra tarixi uğur qazandığımız oyunları - "Neftçi"nin 2006-cı ildə "MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku"nun finalında Litva "Kaunas"ını 4:2, həmin il UEFA Çempionlar Liqasında Belçika "Anderlext"ini 1:0, "Qarabağ"ın 2009-cu ildə Avropa Liqasında Norveç "Rusenborq"u və Finlandiya "Honka"sı üzərində 1:0 və 2:1 hesablı qələbələr qazandığı qarşılaşmaları, eləcə də 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığmasının Rusiya ilə 1:1 hesabı ilə nəticələnən görüşünü - televiziya vasitəsilə canlı şərh edib.

Mətbuatdan ayrıldıqdan sonra “TopAz”da işə başlayan A.Əliyev bu günlərdə fəaliyyətə başlayan NETBET şirkətinin baş direktoru təyin edilib.

Stadium.az saytının kollektivi dəyərli həmkarımızı və dostumuzu doğum günü münasibəti ilə təbrik edir, uzun ömür, cansağlığı, üzərinə götürdüyü ağır və məsuliyyətli işində yeni-yeni uğurlar arzulayır!



  #1   Adınız: Feyruz;   E-mail: [email protected]

15.05.2012 07:50

Ad gwnwn mwbarək sənin şərh etdiyin oyunlar üçün çox darıxmışıq inanıram ki siz yenidən milli komandanın oyunlarını şərh edərsiniz bunu səbirsizliklə gözləyirəm Ad günün mübarək yüz yaşa AlTAY sənin pərəstişkarın Lənkəranlı Feyruz

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail