Sadıq Sadıqov: "Danışdığımız futbolçuları komandaya gətirsək, onlar böyük transferlər olacaq" - MÜSAHİBƏ

14.05.2012 | 9481 dəfə oxunub

"Neftçi" klubunun prezidenti Sadıq Sadıqov başa çatan çemionat, komandanın gələcək planları barədə saytımıza geniş müsahibəsində bəhs edib. Sadıq Sadıqovun "Stadium.az" saytına özəl müsahibəsini təqdim edirik:

- Marafon başa çatdı. Çempionluq bir qırağa, çempionatı necə dəyərləndirirsiz?

- Bu klubda işləmək çox çətindir. Digər klublar da olduqca inkişaf edib. Hamısı çempionata çox yüksək səviyyədə hazırlaşmışdılar. Hər kəs çempion olmaq istəyirdi. Estafet çox ağır keçdi. Ötən çempionat çox rahat idik, bu dəfə isə çox ağır keçdi, rahatçılığımız olmadı. Çempion olan komandanın 9 dəfə məğlub olması da bunu sübut edir. Son oyunda "Qəbələ"yə uduzduq. Məşqçilər bunu motivasiya ilə əlaqələndirirlər ki, çempionluq rəsmiləşdiyindən futbolçular arxayın oynadı, amma mən belə düşünmürəm. Bütün komandalar güclüdür. Son 3 tura qədər çempionun bilinməməsi də bunun göstəricisidir. Allaha min şükür, üzərimizə düşən işin öhdəsindən gəldik.

- Batmaqda olan "Neftçi" sizin prezident gəlişinizdən sonra dirçəldi. artıq iki ildi ən güclü sizin klubdur. Nədi uğurunuzun sirri?

- Tam səmimiyyətimlə demək istəyirəm, digər klubların prezidentləri tanınmış iş adamlarıdır, futbol onların 2-ci, 4-cü işləridi. Mənim üçün isə birinci işdir. 15 ilə yaxındır idmandayam, daha əvvəl "Məşəl" idman klubunun direktoru olmuşam, sonra "Neftçi" İSM-ə rəhbər təyin olundum. Tam olaraq işim idmanla bağlıdır, başqa işim yoxdur. Buna görə də, hər bir idmançı ilə necə danışmaq lazımdır, onlarla rəftarın necə olmasını bilirəm. Biz burada böyük bir ailə ab-havası yaratdıq. Bx uğurumuzun sirri də budur. İdman mənim həyatımdır. Komandam udanda sevincimin həddi hüdudu olmur.

- Şirinlik baxımından bu çempionatı üstün tutursuz, yoxsa ötən mövsümkünü?

- Birinci çümpionat bundan ağır gəldi. Asan da gəlirdi ona görə ki, komandama inanırdım. İndi çempion olmuşuqsa, artıq gələn mövsümü düşünürük ki, necə edək, titulu əldən verməyək. Hər çempionatın acı və şirin günləri olur. Klublar çox inkişaf edir, əsas məsələ ölkədən kənarda təmsil olunmaqdadır. Ötən mövsüm həddən artıq sevindik, elə bu dəfə də. Amma artıq çempionluğun nə olduğunu bilirdik, o sevinci yaşamışdıq. Bir az fərq ondadır ki, ötən dəfə ilk dəfə çempion olurduq.

- Şablon səslənsə də, bu sualı sizə verməliyəm. Bu çempionatda sizi ən çox üzən və ən çox sevindirən nə oldu?

- Biz oynayırıqsa, ancaq çempionluğa oynayırıq. Əsas hədəfimiz isə Avrokuboklara vəsiqə qazanmaq idi. Biz elə oyunlarda məğlub olduq ki, onları qazansaq, sona 5-6 tur qalmış çempion ola bilərdik. Bax belə məqamlara çox üzüldüm.  Amma biz "Bakı", "İnter", "Xəzər Lənkəran" "Qarabağ" kimi komandaları üstələyib çempion olduq. Bu, özü bir sevincdir. Həyatda olduğu kimi, futbolda da sevinclə kədəri eyni gündə yaşamaq olur. O qədər oyunlarda problemlərimiz oldu. Həm sağlamlıq, həm də mənəvi baxımdan.

- "Neftçi" çempionluğu "Qarabağ"ı udaraq rəsmiləşdirdi. O oyunda komandanızın ikinci qolundan sonra tribunanı tərk etdiz. Bunu "Qarabağ"ın durumuna üzülərək etdiyinizi bildirmişdiz. Sonda bu komanda Avrokuboklardan kənarda qaldı...

- "Qarabağ"ın ölkəmizi Avrokuboklarda təmsil etməməsi, Azərbaycan futbolunun faciəsidir. Hansı tərəfdən baxsaq, "Qarabağ" Azərbaycanda güclülərin güclüsüdür. Orda milli komandamızın özəyi var. O uşaqların heç birinin oyun problemi yoxdu. Hər bir klub prezidenti istəyər ki, o futbolçular onun komandasında olsun. Mən bu gün də inana bilmirəm ki, "Qarabağ" Avrokuboklardan kənarda qalıb. Bilirsiz, bizim də əlimizdən gələn bir iş yox idi, bizə qələbə lazım idi, bunu da qazandıq. Meydanda dostluq qardaşlıq olmur, bunlar meydandan kənarda olur. Onda hələ "Xəzər Lənkəran"ın silinən 6 xalı geri qayıtmamışdı, amma ürəyimə danmışdı ki, "Qarabağ"o məğlubiyyətlə də Avrokuboklardan kənar qalacaq. Sanki bunu hiss etmişdim. Ölkəmizi xaricdə ən çox tanıdan komanda "Qarabağ" olub, onlar qədər heç bir komanda uğur qazanmayıb. Bütün bunların qarşılığında onların indi Avropadan kənarda qalması faciədir.

- Böyükağa Hacıyevi "Neftçi"yə gətirəndə çoxları sizi qınayırdı. Çünki çempion olan komanda baş məşqçi ilə yollarını ayırmışdı. Amma yenidən çempion olduz. Hacıyevin işini necə dəyərləndirirsiz?

- Hacıyev kifayət qədər tanınmış mütəxəssisdir. Bizdən qabaq "Bakı" ilə çempionluq yaşayıb, orada üçüncü də olub. Mən ilk gündən demişdim ki, "Neftçi"yə əcnəbi məşqçi gətirməyəcəm. Fikirləşib Böyükağa müəllimi gətirdik, bu gün də gördüz ki, fikirlərimiz bizi aldatmadı. "Neftçi" indi daha baxımlı, hücumameyilli oyun göstərir. Komandanın fiziki baxımdan da problemi yoxdur. İnanırıq ki, Çempionlar Liqasında da öz sözünü deyə biləcək.

- Çempionlar Liqasından söz düşmüşkən, bu turnirdə hədəfiniz nədir?

- Çempionlar Liqası əkcə avropanın yox, bütün dünyanın ən güclü klub turniridir. Burada bəxt amili də böyük əhəmiyyət kəsb edir. Hər bir idman növündə idmançı meydana, tatamiyə, rinqə, və yaxud da döşək üzərinə çıxanda Allaha dua edir ki, ilk döyüşü uda. Çünki ilk döyüş psixoloji baryeri aşmaq üçün böyük əhəmiyyət daşıyır. Biz də ilk rəqibi keçə bilsək, öz sözümüzü daha yaxşı şəkilə deyəcəyimizə inanıram. Keçilməz rəqib yoxdur, bunu "Çelsi" "Barselona", "Bavariya" isə "Real"la oyunda göstərdi. Əsas məqsədimiz odur ki, ilk turu keçək, sonrasına baxarıq.

- Heyətlə bağlı planlarınız necədir?

- Biz mövsümün əvvəlində heyəti istədiyimiz kimi qura bilsəydik, daha çox sevinərdik, məğlubiyyətlərimiz də az olardı. Gənc oyunçulara üstünlük verdik, yeni mövsümdə də belə olacaq. Yəqin ki, gedənlər olacaq, yerinə də yeni, daha yaxşı oyunçular gələcək. Biz yaxşı bilirik ki, Çempionlar Liqası Azərbaycan çempionatı deyil. İki ay əvvəlcədən seleksiya işlərinə başlamışıq. Bəzi əcnəbi oyunçularla da danışıqlarımız davam edir. O futbolçuların adlarını açıqlamayacam, hər bir şey tam müəyyənləşəndən sonra bilinəcək.

- Böyük transferlər gözlənilirmi?

- Elə düşünürəm ki, danışdığımız futbolçuları komandaya gətirsək, onlar böyük transferlər olacaq.

- Müqavilə ilə sizə məxsus futbolulara başqa komandalardan təkliflər var. Bu barədə nə düşünürsüz?

- Ayın 17-si kubok oyunumuzdur, bundan sonra hər şeyə aydınlıq gələcək. Kubokdan sonra məşqçilər korpusu mənə hesabat təqdim edəcək, bu da 14 nəfərlik klub şurasının müzakirəsinə çıxarılaraq yekun qərar veriləcək. Bu ayın 20-nə qədər komandada hər şeyə aydınlıq gələcək.

- İlk transferiniz Rəşad Sadiqov barədə nə düşünürsüz?

- Rəşadın bizə gəlməsi mətbuat, futbol ictimaiyyəti və "Qarabağ" klubu tərəfindən böyük ajiotajla qarşlandı. Mən sizə açıq deyirəm, kluba prezident təyin olunanda birinci dəfə "Neftçi"dən gedən futbolçularla görüşdüm. Onlara bildirdim ki, qapımız üzünüzə açıqdır, kim istəsə geri qayıda bilər. "Neftçi" həmin futbolçularla "Birlik Kuboku"nu qazanıb cənab prezidentin qəbulunda olmuşdu. Bu söhbət iki il yarım bundan qabaq olub. Peşkar futbolçulardır, hamısının müqaviləsi vardı, geri qayıda bilməzdilər. Sadiqov "Neftçi"dən Gedenin vaxtında gedənlərdəndir. Rəşadın müqavilsənin vaxtı quratdı, bizə gəldi. Burada qeyri-adi heç nə yoxdur. Gedenin vaxtında bu futbolçular komandadan qovulanda, "Qarabağ" rəhbərliyi onları heyətə götürərkən nə o vatkı prezident Əkbər Hacıyevlə, nə də ki, vitse-prezident İlqar Quluzadə ilə danışmışdı. Peşəkar səviyyədə futbolçularla danışmışdılar, biz də belə etdik. Əgər bir futbolçu o komandada oynamaq istəmirsə, bunun qarşısını almaq nə dərəcə doğrudur, bilmirəm. Mənim "Neftçi"də ən çox sevdiyim futbolçu başqa komandaya getmək istəyirsə, ürəyi burada deyilsə, onu burada saxlamağımın nə mənası var? Onunla görüşüb yola salaram.

Söhbət etdi: VÜSAL BƏBİRLİ



  #1   Adınız: baki azarkesi;   E-mail: [email protected]

15.05.2012 22:11

’Bu klubda isemek cox cetindir.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail