Ruslar Aleksandr Səmədovu alçaltdı

11.05.2012 | 5203 dəfə oxunub

Moskvanın “Dinamo” klubunun azərbaycanlı futbolçusu Aleksandr Səmədov 2012-ci il Avropa çempionatının final mərhələsinə aparılmayacaq. Stadium.az xəbər verir ki, bu, Rusiya yığmasının baş məşqçisi Dik Advokatın bu gün turnir üçün ilkin heyəti açıqlamasından sonra müəyyənləşib. Hollandiyalı mütəxəssis 26 futbolçu arasında 28 yaşlı soydaşımıza yer verməyib. Aydın məsələdir ki, daha 3 futbolçunu kənarlaşdırıb, Avro-2012-yə 23 oyunçu ilə yollanacaq Advokat Səmədova sonradan dəvət göndərməyəcək.

Aleksandra milli komandamızla oynamaqla bağlı AFFA-dan rəsmi dəvət gəlsə də, bunu qəbul etmədi. Səmədov elə Advokatın dəvəti ilə ötən seçmə mərhələnin son oyunlarında axırıncı dəqiqələrdə meydana çıxmaqla, Rusiya yığmasında çıxışını rəsmiləşdirdi. Bununla da final mərhələsinə aparılacağına görə tarixi vətənindən üz çevirən sağ cinah yarımmüdafiəçisi yaxşı dərs aldı.

Advokatın heyəti isə belədir:

Qapıçılar: İqor Akinfeyev (CSKA), Vyaçeslav Malafeyev (Zenit), Anton Şunin (Dinamo, Moskva);
 
Müdafiəçilər: Aleksandr Anyukov (Zenit), Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç (hamısı CSKA), Vladimir Qranat (Dinamo, Moskva), Yuri Jirkov (Anji), Dmitri Kombarov (Spartak, Moskva), Roman Şaronov (Rubin), Roman Şişkin (Lokomotiv).
 
Yarımmüdafiəçilər: İqor Denisov, Konstantin Zıryanov, Roman Şirokov (hamısı “Zenit”), Denis Qluşakov, Maqomed Ozdoyev (hər ikisi “Lokomotiv”), İqor Semşov (Dinamo, Moskva).
 
Hücumçular: Andrey Arşavin, Aleksandr Kerjakov (hər ikisi “Zenit”), Alan Dzaqoyev (CSKA), Artyom Dzyuba (Spartak, Moskva), Marat İzmaylov (Sporting, Portuqaliya), Aleksandr Kokorin (Dinamo, Moskva), Roman Pavlyuçenko (Lokomotiv), Pavel Poqrebnyak (Fulham, İngiltərə).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail