"Kim “İnter”ə bilərəkdən uduzacağımızı düşünürsə, bizə qarşı hörmətsizliyə yol verir" - MÜSAHİBƏ

09.05.2012 | 5158 dəfə oxunub

“Bakı”nın baş məşqçi əvəzi Novruz Əzimovun müsahibəsi:
 
- Mayın 11-də “İnter”lə Premyer Liqanın XXXII tur matçına çıxacaqsınız. Oyuna hazırlıq necə gedir?
 - Hazırlıq prosesi normaldı. Sadəcə, Uinston Parks, Aleksandr Şoliç, Maris Verpakovskis və Novruz Məmmədovun zədəli olması bizi narahat etməyə bilməz. Verpakovskis mövsümün sonunadək sıradan çıxıb. Qalan oyunçuları “Neftçi” ilə mayın 17-də keçirəcəyimiz Azərbaycan Kubokunun final matçınadək yetişdirməyə çalışırıq.
 
- “Bakı”nın Premyer Liqada mükafatçılar sırasına düşə bilməyəcəyi artıq dəqiqləşib. Bu baxımdan, “İnter”lə son oyunda ehtiyat qüvvədən yararlanmağınız mümkündürmü?
- Sözsüz ki, biz hazırda daha çox kubokun finalını düşünürük. Amma kim sıradadısa, ondan həm “İnter”, həm də “Neftçi” ilə növbəti matçlarımızda yararlanmaq niyyətindəyik.
 
- Amma əsas heyət üzvlərini “İnter”lə matçda meydana buraxmamağınız “Xəzər Lənkəran” və ya “Qarabağ” düşərgəsində birmənalı qarşılanmaya bilər…
- İstəyirlər birmənalı qarşılasınlar, istəyirlər onmənalı. “Bakı” heç vaxt çirkin oyunlarda iştirak etməyib. Kim “İnter”ə bilərəkdən uduzacağımızı düşünürsə, bizə qarşı hörmətsizliyə yol verir. Komandamız Uinston Parks, Aleksandr Şoliç kimi ön xətt oyunçularının xidmətlərindən məhrum olub. Heç kim Şoliçin hazırkı vəziyyətindən xəbərdar deyil. Halbuki əvvəlcə onun sol, sonra isə sağ almacıq sümüyü qırılıb.
 
- Şoliçin kubok matçında şlemlə meydana çıxması mümkündü?
- Hər şey tibbi müayinədən sonra məlum olacaq. Hələ kubok matçına bir həftədən çox vaxt var. Çalışırıq ki, onu sıraya qaytaraq.
 
- Aleksandr Starkovun baş məşqçiliyi dövründə çətin vəziyyətlə üzləşmiş “Bakı” artıq Avropa Liqasına vəsiqə qazanıb. Rəhbərlik sizə yeni müqavilə təklif etməyib?
- Hazırda məni bu yox, kubokun finalı düşündürür. Hər şey mövsümün yekunlarından asılı olacaq. Özüm rəhbərliyin istənilən qərarına hörmətlə yanaşacağam. Qalmağımı məsləhət görsələr, qalacağam.
 
- Bəs komandanı kimlərin tərk edəcəyi dəqiqləşib?
- İndidən ad açıqlamaq düzgün olmaz. Mövsüm yekunlaşmamış kimlərin gedəcəyini demək komandamızın digər üzvlərinə mənfi təsir edə bilər. Ona görə də hər şeyə kubokun finalından sonra aydınlıq gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail