"Toparlanmalı və var-gücümüzlə oynamalıyıq" - MÜSAHİBƏ

08.05.2012 | 6001 dəfə oxunub

"İnter"in seneqallı yarımmüdafiəçisi İbrahim Niassenin klubun rəsmi saytına müsahibəsi:

- Öncə “Qarabağ”la keçirilən oyun barədə fikirlərini bilmək istərdik...

- Biz bilirdik ki, “Qarabağ” doğma divarlar arasında daha yaxşı oynayan güclü komandadır. Təəssüf ki, bu oyunda “İnter”ə nəyə layiq olduğunu göstərmək müyəssər olmadı. Etiraf edim ki, rəqib daha yaxşı oynadı və buna görə də bizə qalib gəldi. Çox təəssüf ki, bu matçda məğlubiyyətə uğradıq. Hətta heç-heçə bizim üçün pis nəticə olmazdı, lakin bu qarşılaşmada bir xal qazanmağı bacarmadıq.

- Birinci hissədə zədə üzündən meydanı tərk etməli oldun. Hazırki durumun necədir?
 
- Bəli, mən ağrı hiss etdim və anladım ki, matçı davam etdirə bilməyəcəyəm. Ancaq həkimlər izah etdilər ki, zədə o qədər də ciddi deyil.

- Növbəti qarşılaşmada oynayacağınız artıq məlumdur?

- Bu günlərdə aydın olacaq, ancaq həkimlər beşinci gün meydana çıxmağım üçün əllərindən gələni edəcəklərini bildirirlər. Ümid edirəm ki, hər şey yaxşı olacaq və mən belə vacib məqamda komandaya kömək edə biləcəyəm.
 
- Mövsümün son matçında evdə “Bakı” ilə qarşılaşacaqsınız...

- Bu oyun bizim üçün çox vacibdir. Biz toparlanmalı və var-gücümüzlə oynamalıyıq. Başa düşürük ki, bunu etmək asan olmayacaq. Lakin məqsədimizə nail olmaq üçün əlimizdən gələni etməyə çalışacağıq. 

- Avropa Liqasına vəsiqənin taleyi məhz bu oyunun nəticəsindən asılı olacaq. Çempionatın son matçı ərəfəsində kifayət qədər mürəkkəb vəziyyət yaranıb və qalan 2 vəsiqəyə 3 komanda iddia edir...

- Bəli, turnir cədvəli doğrudan da bir qədər qarışıqdır, lakin bizim vəzifəmiz sadədir - qələbə qazanmalıyıq və o zaman Avropanın qapıları üzümüzə açılacaq. Şansımız öz əlimizdədir və ondan tam yararlanmaq lazımdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail