"Neftçi" Rəşad Sadiqovun transferini təsdiqlədi

04.05.2012 | 4980 dəfə oxunub

Braziliyalı futbolçu Lorival Assisin klublarımızın hədəfində olması barədə xəbər vermişdik. Qeyd edək ki, bu barədə Bolqarıstan mətbuatı xəbər yayıb. Həmkarlarımızın iddiasına görə, “Çernomorets”in formasını geyinən futbolçu ilə “Neftçi”, “İnter” və “Bakı” maraqlanır.

Lakin “Neftçi” xəbəri təkzib edib. Klubun mətbuat xidmətinin əməkdaşı Gündüz Abbaszadə açıqlamasında bildirib ki, Assis onların maraq dairəsində deyil: “Bu xəbər həqiqəti əks etdirmir. “Neftçi”nin transfer etmək istədiyi futbolçular var. Amma Assisin adı onların arasında yoxdu. Ola bilər ki, Azərbaycandan hansısa klub onunla maraqlanıb, Bolqarıstan mətbuatı isə klubların adını səhv salıb”.

“Neftçi” həmçinin Rəşad Sadiqovla da anlaşma əldə edib. “Qarabağ”ın kapitanı bildirib ki, mövsüm başa çatandan sonra keçmiş klubu ilə müqavilə bağlayacaq. Gündüz Abbaszadə bu xəbəri təsdiqlədi: “Digər xəbərdən fərqli olaraq, bu həqiqəti əks etdirir. Rəşad Sadiqovla həqiqətən ilkin razılaşma əldə olunub. Mövsüm başa çatandan sonra onunla müqavilə bağlanacaq. Anlaşmanın müddəti müqavilə imzalanandan sonra açıqlanacaq”.

fanat.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail