"İnter" "Qarabağ": 27-ci deul

04.05.2012 | 5475 dəfə oxunub

Premyer Liqanın 31-ci turunun qarşıdan gələn “Qarabağ” - “İnter” görüşü hər iki komanda üçün sayca 27-ci olacaq.Stadium.az xəbər verir ki, bunadək komandalar bir-birilə 26 dəfə qarşılaşıb, 21 oyun çempionat çərçivəsində keçirilib və 5 oyun isə kubok turnirinin payına düşür.

“İnter” rəqibini 10 dəfə məğlub edə bilib, “Qarabağ” isə 9 qələbəylə fərqlənib, qalan 7 matçda tərəflər meydandan sülhlə ayrılıblar. Vurulan topların fərqi "İnter"in xeyrinədir - 21:20. Komandalar ilk dəfə 2004-cü ilin noyabr ayında çempionat çərçivəsində üz-üzə gəlib. Həmin görüş 3:1 hesabıyla ağdamlıların xeyrinə başa çatıb. “İnter” və “Qarabağ” qarşıdurmasında ilk qolun müəllifi rəqibin forvardı Vadim Vasilyev olub və o, bu qolu penalti zərbəsindən vurub.

Xatırlardaq ki, bu mövsümdə komandalar üç dəfə qarşılaşıb, ilk oyunda ağdamlılar 1:0 hesabıyla qalib gəliblər. İkinci qarşılaşmasa qolsuz bərabərliklə başa çatıb, üçüncü oyunda da tərəflər meydandan sülhlə ayrılıblar - 1:1. “İnter” - “Qarabağ” oyunlarında ən populyar hesab 1:0-dır. Belə nəticə 26 oyundan 14-də qeydə alınıb. Maraqlıdır ki, qarşılaşmaların tarixində darmadağın hesab qeydə alınmayıb, yalnız iki dəfə komandalara bir-birini 2 top fərqilə qalib gəlmək müəssər olub.

Azərbaycan çempionatında “İnter”ə qarşı keçirilən ev oyunlarında “Qarabağ” üstünlüyə malikdir. Belə ki, 10 qarşılaşmada ağdamlılar 5 dəfə "İnter"i məğlub etməyi bacarıb. 3 oyun heç-heçə başa çatıb və 2 dəfə "bankirlər" qələbə qazanıb. Bu qarşılaşmalarda top fərqi “Qarabağ”ın xeyrinə 10:6-dir.

Qeyd edək ki, “Qarabağ” - "İnter" matçı mayın 5-də keçiriləcək. Oyun saat 17:30-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail