Ramim AZAL-a qayıdır?

01.05.2012 | 6912 dəfə oxunub

“Karyeramı harada davam etdirəcəyim hələ dəqiqləşməyib. Buna aydınlıq gəlməyi üçün bir müddət gözləmək lazımdır”. Stadium.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin sabiq futbolçusu Fabio Luis Ramim deyib. Milliləşdirilən braziliyalı yarımmüdafiəçi 2008-ci ildən şərəfini qoruduğu “Bakı” ilə qış fasiləsində yollarını ayırandan sonra sərbəstdir. 

Ramimin AZAL-a qayıtdığı deyilsə də, futbolçu bunun belə olmadığını bildirib: “AZAL-la müqavilə bağlamağım doğru deyil. Hələ heç bir klubla razılığa gəlməmişəm. Agentim bu gün Azərbaycana gəlib. O, karyeramla bağlı məsələlərlə qarşıdakı günlərdə məşğul olacaq. Mövsüm hələ bitməyib. Keçmiş komandamın çempionatda oyunları və qarşıda Azərbaycan kubokunun final matçı var. Fikrimcə, 1 həftəyə karyeramla bağlı məsələlərə müəyyən aydınlıq gələ bilər”.

Qeyd edək ki, Fabio AZAL “Olimpik” adlananda 2 il onun şərəfini qoruyub və 2008-ci ildə heyətində çempionatımızın gümüş medalını qazandığı bu komandadan “Bakı”ya keçib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail