Zeynal Məmmədov - 43!

01.05.2012 | 4893 dəfə oxunub

Bu gün "Bakı" futbol klubunun vitse-prezidenti və baş meneceri Zeynal Məmmədovun ad günüdür. Zeynal Məmmədov 1969-cu ilin 1 may günündə ziyalı ailəsində anadan olub. Bu gün onun 43 yaşı tamam olur.

Zeynal Məmmədov 1 may1969-cu il tarixdə Naxçıvan MR-nin Naxçıvan şəhərində anadan olmuşdur.


1976-1981-cı illərdə Naxçıvan şəhəri 3 saylı orta məktəbində oxumuşdur. 


1981-1986-ci illərdə orta təhsilini Bakı şəhəri, Binəqədi rayonu 248 saylı məktəbində almışdır.


1986-cı ildə Azərbaycan Dövlət Xalq Təsərüfatı Institutuna daxil olmuşdur.


1987-1989-cu illərdə hərbi xidmətdə olmuşdur.


1994-cü ildə Azərbaycan Dövlət Xalq Təsərüfatı Institutununun Maddi- texniki təchizat fakültəsinin (Azərbaycan İqtisad Universiteti) Iqtisadçı mühasib ixtisasını bitirmişdir. 


1996–2000- ci illərdə Bakı Dövlət Universitetinin Hüquq Fakültəsində Hüquqşünas ixtisası üzrə ikinci təhsil almışdır.


2004-cü ilin may ayından “Bakı” futbol klubunda baş menecer və vitse-prezident vəzifələrində çalışır.

Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır.

Ailəlidir. 3 övladı var.

Zeynal Məmmədov təşkilatçılıq bacarığı və yüksək idarəetmə səviyyəsi ilə daima futbol ictimaiyyətinin diqqət mərkəzindədir. Zeynal müəllim sadə və mehriban xasiyyəti ilə onu tanıyanların sevimlisinə çevrilib. Öz üzrərində çalışmağı sevir, yorulmadan müasir texnologilara yiyələnir. Dəfələrlə müxtəlif mükafatlara, o cümlədən, "ilin futbol meneceri" adına layiq görülüb.   

"Bakı" futbol klubunun kollektivi bu gözəl gündə Zeynal Məmmədovu təbrik edir, ona möhkəm can sağlığı və müvəffəqiyyətlər arzu edir.

Stadium.az saytının kollektivi adından da Məmmədova can sağlığı, gələcək işlərində uğurlar arzulayırıq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail