AFFA "Qaradağ-Lökbatan"ı Premyer Liqaya buraxmaqdan imtina etdi

01.05.2012 | 5815 dəfə oxunub

Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının (Birinci İnstansiya Orqanı) iclası keçirilib. Stadium.az xəbər verir ki, iclasda UEFA və Premyer Liqa klub yarışlarında iştirak etmək üçün müraciət edən 15 klubun (7 UEFA klub yarışlarında, 8 isə Premyer Liqa klub yarlşlarında) sənədlərinə baxılıb. İlkin olaraq məlumat verilib ki, lisenziyalaşdırma prosesində "Karvan" FK AFFA-nın Lisenziyalaşdırma Qrupuna müraciət edərək Lisenziyalaşdırma prosesindən rəsmi imtina edib. Bununla əlaqədar olaraq Lisenziyalaşdırma Komissiyasında "Karvan" FK-nın lisenziya almaqla bağlı ilkin müraciəti müzakirə olunmayıb.
Lisenziyalaşdırma Komissiyası müzakirələrdən sonra 2012-2013 UEFA klub yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün AZAL FK, "Bakı" FK, "Qarabağ" FK, "Qəbələ" FK, "İnter" PİK, "Neftci" PFK və "Xəzər-Lənkəran" FK-ya lisenziya verilib.
 
2012-2013 Azərbaycan Premyer Liqa yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün "Rəvan" FK, "Kəpəz" FK, "Simurq" FK, "Sumqayıt" FK, "Turan" PFK-ya lisenziya verilib.
 
Azərbaycan futbol Premyer Liqasında iştirak etmək üçün Klublarının Lisenziyalaşdırılması üzrə qaydalarının 8-ci maddəsinin 13-cü bəndinin D-yarımbəndinə uyğun olaraq "Qaradağ-Lökbatan" və "Bakılı" FK-nın 2012-2013 Azərbaycan futbol Premyer Liqasında iştirak etməklə bağlı müraciətləri təmin olunmayıb.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10-gün müddətində Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail