Portuqaliyada "Porto", Rusiyada "Zenit", Serbiyada isə "Partizan" çempion oldu

30.04.2012 | 5410 dəfə oxunub

Futbol üzrə Serbiya çempionatında çempion müəyyənləşib. Stadium.az xəbər verir ki, "Partizan" ardıcıl olaraq beşinci dəfə Serbiya çempionu adını qazanıb. Bu komanda sonuncu turda "Borac Kacak"ı 4 cavabsız topla üstələyərək, xallarının sayını 74-də yüksəldib. "Partizan"ın ən yaxın izləyicisi "Srvena Zvezda"nın isə 62 xalı var.

Serbiya ilə yanaşı, Portuqaliyada da çempion məlum olub. Son turda "Benfika" səfərdə "Rio Ave" ilə heç-heçə edib 2:2. "Porto" isə səfərdə "Maritimo"nu iki cavabsız qolla keçib. Bununla da, son iki tur qalmış aralarındakı xal fərqini səkkizə yüksəldən (69-63) "Porto" çempion olub. Düzdür, son iki turda "Porto" məğlub ola və "Benfika" qələbə qazanaraq xallar bərabərləşə bilər, amma aralarındakı oyunların nəticəsi imkan verir ki, birincilər çempionluqlarını indidən bauram etsinlər.

Yeri gəlmişkən, son turda Moskva "Dinamo"sunu 2:1 hesabı ilə məğlub edən "Zenit" də Rusiya çempionluğunu rəsmiləşdirib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail