Avrokuboklarda 2 təmsilçimiz müəyyənləşdi

30.04.2012 | 5276 dəfə oxunub

Azərbaycanda 2011/12 mövsümünün sonuna Premyer Liqanın 2 turu və Azərbaycan kubokunun final matçı qalsa da 2012/13 mövsümündə avrokuboklarda ölkəmizi təmsil edəcək 4 komandadan 2-si müəyyənləşib. Stadium.az xəbər verir ki, “Neftçi” və “Bakı” klubları qarşıdakı oyunların nəticələrindən asılı olmayaraq qitə kuboklarında çıxış edəcək.
Tarixində 7-ci dəfə Azərbaycan çempionu olan “Neftçi” Unibank Premyer Liqasının sonuna 2 tur qalmış qızıl medalları təmin edib. Bu isə komandanın Çempionlar Liqasına vəsiqə qazanması üçün kifayət edib. Bakılılar yarışın II təsnifat mərhələsindən mübarizəyə başlayacaq.
“Neftçi”nin çempion olması “Bakı”nın da işinə yarayıb. “Ağ-qaralar” çempion olduğundan Azərbaycan kubokunun finalındakı rəqibi “Bakı” Avropa Liqasına vəsiqə qazanıb. Onlar hətta finalda məğlub olsa belə çempiona uduzduğu üçün avrokuboklarda iştirak edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail