Premyer Liqanın əvəzolunmazları

30.04.2012 | 4282 dəfə oxunub

Premyer Liqada geridə qalan XXX tur ərzində 180 qarşılaşma keçirilib. Stadium.az xəbər verir ki, cəmi dörd futbolçu cari mövsümün bütün oyunlarında meydana çıxa bilib. Ard-arda iki dəfə “Neftçi”də çempionluq yaşayan Slavço Georgiyevski heç bir qarşılaşmada komandasını tək buraxmayıb. “Neftçi”nin yarımmüdafiə xəttinin əsas oyunçularından olan Slavço Georgiyevskinin qazanılan çempionluqda, sözsüz ki, böyük payı var. 

“Qarabağ”ın heyətində Admir Teli cari mövsümdə Qurban Qurbanovun ən çox etimadını qazanan futbolçudur. Ağdam təmsilçisinin müdafiə xəttinin əsas futbolçularından olan Admir Teli 30 qarşılaşmada əvəzolanmadan qarşılaşmaları başa vurub. Qeyd edək ki, Albaniyalı futbolçu cari mövsümdə Unibank Premyer Liqasında əvəz olunmayan yeganə futbolçudur.

Turnir cədvəlinin sonuncusu “Sumqayıt”ın yarımmüdafiəçisi Kamil Nurəhmədov da bütün qarşılaşmalarda komandasına yardım edib. Nurəhmədov, cari mövsümdə keçirdiyi 30 qarşılaşmada 4 qol vurub.

“Kəpəz”in ukraynalı hücumçusu Yuri Fomenko komandasının heyətin ən çox oyun keçirən futbolçudur. Fomenko, həmçinin, vurduğu 11 qolla Bohadir Nasimovdan sonra Unibank Premyer Liqasının ən sərrast futbolçusudur. 

Cari mövsümdə meydanda ən çox qalan futbolçu isə Admir Telidir – 2700 dəqiqə. Admir Telinin ən yaxın izləyiciləri Rahid Əmirquliyev (2610 d.), Yuri Fomenko (2599 d.), Luiz Paulo Hilario (2569 d.), Eder Bonfimdir (2555 d.).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail