Premyer Liqanın 30-cu turun maraqlı statistikası

30.04.2012 | 3937 dəfə oxunub

Bakının “Rəvan” klubu Premyer Liqa tarixində ilk dəfə böyük hesablı qələbə qazanıb. Stadium.az xəbər verir ki, “Kəpəz”i 5:1 hesabı ilə məğlub edən Bəhmən Həsənovun yetirmələri yüksək dəstədəki debüt mövsümündə indiyədək 3 və ya daha çox top fərqilə qalib gəlməmişdi. Hesabında bunadək 8 qələbəsi olan komanda 6 dəfə 1, 2 dəfə də 2 top fərqi ilə 3 xal əldə etmişdi. Bu dəfə isə komanda tarixinin rekordunu müəyyənləşdirdi.


Ötən mövsüm “Neftçi”, indi “Rəvan”


Gəncənin “Kəpəz” klubu cari mövsümdə ən ağır məğlubiyyətini alıb. Fuad İsmayılovun yetirmələri “Rəvan”a 1:5 hesabı ilə uduzublar ki, gəncəlilər üçün sonuncu belə uğursuzluq ötən mövsüm qeydə alınmışdı. 2010-cu il dekabrın 18-də “Kəpəz” “Neftçi”yə 0:4 hesabı ilə məğlub olmuşdu. “Kəpəz”in qapısına 5 və ya daha artıq qol vuran son komanda da “Neftçi” olmuşdu. Bakılılar 2010-cu il oktyabrın 23-də 6:2 hesabı ilə qalib gəlmişdi.

Qara zolaqda

Ağdamın “Qarabağ” klubu ardıcıl 3 oyundur ki, məğlub olur. Qurban Qurbanovun yetirmələri XXXVIII turda “Qəbələ”yə səfərdə 0:1, XXIX turda evdə “Bakı”ya 2:4 hesabı ilə uduzduqdan sonra “Neftçi” ilə səfər oyununda da 1:2 hesabı ilə məğlub oldu. Ağdam təmsilçisi çempionatda sonuncu dəfə belə uğursuz seriyanı ötən mövsüm yaşamışdı. Həmin vaxt 2-ci dövrənin əvvəlində - 2010-cu il noyabrın 13-dən 28-dək olan 16 gün ərzində Qurbanovun yetirmələri “Bakı” və AZAL-ın hər ikisinə 0:2, “Neftçi”yə 0:1 hesabı ilə uduzmuşdu.

“Bakı” belə uduzmamışdı

“Bakı” klubu Unibank Premyer Liqasında  indiki adı altında ən ağır məğlubiyyətini alıb. Səfərdə “Qəbələ”yə 0:4 hesabı ilə uduzan bakılılar 2004-cü ilin yayında adını dəyişdikdən sonra ən pis halda 3 top fərqilə məğlub olmuşdu. Klub tarixinin ən azı 4 top fərqli sonuncu məğlubiyyəti isə “Dinamo” adlandığı vaxta təsadüf edib. 2003/04 mövsümündə - 2003-cü ilin mayın 31-də “Şəmkir”in qonağı olan paytaxt təmsilçisi qərblilərə 0:4 hesabı ilə uduzmuşdu.

pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail