Qurban Qurbanov: "Mən Pep Quardiola deyiləm"

30.04.2012 | 6315 dəfə oxunub

Dünən "Neftçi"yə məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ona verilən sula maraqlı açıqlama verib. Stadium.az xəbər verir ki, Qurbanov "sizin başçılıq etdiyiniz "Qarabağ" bu mövsüm "Neftçi"ni uda bilmədi, bunu necə izah edərsiniz" sualına belə cavab verib: "Bunu Rəşad Abdullayevdən soruşun". Qurbanov bununla da dünənki oyunda "Qarabağ"ın qapısına 35 metrdən fantastik qol vuararaq hesabı bərabərləşdirən Rəşad Abdullayevə işarə edib.

Daha sonra isə Qurbanova belə sual ünvanlanıb: "Quardiola "Barselona"dan istefa verərkən açıqladı ki, artıq bu komanda ilə bu nəticələrdən artığını qazana bilməyəcək. Ona görə də, istefa verir. Siz də bu mənada istefa vermək niyyətində deyilsiz?". "Qarabağ"ın çalışdırıcısı isə suala belə cavab verdi: "Birincisi Azərbaycan futbolu ilə İspaniya futbolunu müqayisə etmək düzgün deyil, ikincisi isə mən Pep Quardiola deyiləm. O, 16 mümkün tituldan 13-nü "Barsa"ya qazandırdı. Mən isə "Qarabağ"la böyük uğurlar qazanmamışam. Buna görə də, komandada qarşımıza böyük hədəflər qoymuşuq ki, klub rəhbərliyinin də dəstəyi sayəsində buna nail olacağımıza inanıram".



  #1   Adınız: osman;   E-mail: [email protected]

01.05.2012 10:16

Duz deyirsen sen Neftcinin dublyorusan.Qarabax souya son qoyuldu

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail