Tuyqun Nadirov: "6 xalımızın silinməsinin arxasında Azərbaycanın FİFA meneceri və klubları dayanıbmış" EKSKLUZIV

27.04.2012 | 8980 dəfə oxunub


FİFA tərəfindən "Xəzər Lənkəran"ın aktivindən silinən 6 xalın geri qaytarılması bir sıra futbolçular və klub rəsmiləri tərəfindən birmənalı qarşılanmadı. Onlar iddia edirlər ki, bu, həmin klubların planlarını pozub. "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovla əlaqə saxlayaraq bu məsələyə onun münasibətini öyrənməyə çalışdıq. Sən demə, ortada başqa maraqlı məqamlar da varmış.

Stadium.az saytı Tuyqun Nadirovun əməkdaşımızla müsahibəsini təqdim edir:

- "Xəzər Lənkəran" bu məsələdə haqlı olduğunu sübut etdi. İlk dəfə olaraq sizə deyirəm ki, 6 xalımızın silinməsinin arxasında Azərbaycanın FİFA meneceri və klubları ayanıbmış. Bununla bağlı klub olaraq araşdırma aparırırq və lazım gəlsə, konkret olaraq adlarla bağlı açıqlama da verəcəyik. Amma həqiqətən də 6 xalımızın silinməsinin arxasında  FİFA meneceri və klublar dayanıbmış. Onlar futbolçunun vəkili ilə sövdələşməyə gedib, bizdən 6 xalın silinməsinədə rol oynayıblar. Vaxt gələcək,  bunlar da açıqlanacaq. Əsas məsələ odur ki, İdman Arbitraj Məhkəməsi vasitəsiylə FİFA-nı öz qərarından çəkindirməyə məcbur etdik. Ali futbol qrumu çox nadir hallarda öz qərarını ləğv edir. Bu da onlara baş ucalığı gətirən iş deyil.

- Bəzi klub rəsmiləri və futbolçular açıqlamalarında bildiriblər ki, 6 xalınızın geri qayıtması onların planlarını pozub...

- O futbolçuların şərhlərini mən diqqətlə oxuyuram. Onlar bildirirlər ki, klubdan 6 xalın alınması, daha sonra isə onun geri qaytarılması ədalətsizlikdir. Onlar demirlər ki, xalı qaytarmaq ədalətsizlikdir. Bunu da hamıya şamil eləmirəm. Çox əfsuslar olsun ki, bəzi klub rəsmiləri FİFA-nın bizə yazığı gəldiyini söyləyirlər. Bu sözləri o insanlara heç yaraşdırmadım. Burada FİFA-nın kiməsə yazığının gəilb, yaxud gəlməməsindən söhbət getmir. Azərbaycanda yeganə klub olaraq "Xəzər Lənkəran"da çalışan işçilərin peşəkarlığının səviyyəsindən söhbət gedir. Öz haqqını qorumaq üçün biz hamıya bir nümunə olduq. Bundan sonra digər klublar bizdən örnək götürməlidirlər. İnkişafda olan futbolumuz heç də dünya sıralamasında ön sıralarda deyil. Buna baxmayaraq "Xəzər Lənkəran" FİFA-da öz sözünü deyə bildi.

- Klubunuzun avrokuboklara getməyinə də problem yaranmışdı. 6 xalın qayıtması isə vəziyyəti düzəltdi...

- İlk gündən inanırdıq ki, bu olayda haqlı olan tərəf bizik və xalımız geri qayıdacaq.

- Söylədiz ki, 6 xalın silinməsində menecer və klublarımızın marağı olub...

- Burada konkret olaraq bir neçə klubda çalışan işçidən və bir FİFA menecerindən söhbət gedir. Biz bu məsələni araşdırırıq. Vaxtı gələndə buna ehtiyac duyulsa, o insanların kimliyi və hansı komandalarda işləmələri barədə məlumat vercəyik.

- Axı onlarin marağı nə olub ki?

- Özünüz düşünün də, bizdən 6 xalın silinməsi başqa komandalar üçün necə əhəmiyyət kəsb edir? Bizim aşağı düşməyimiz onlara sərf edirdi axı. İndi isə bizim bu qələbəmizə kölgə salmaq istəyirlər. Amma belə etmək lazım deyil, çünki bununla klubumuzda çalışan peşəkar işçilərin zəhmətlərinə kölgə salınır. Heç şübhəsiz ki, bu uğurun qazanılmasında klubumuzun fəxri prezidenti Mübariz Mənsimovun mənəvi dəstəyi, inamı bizə çox kömək oldu. O da inanırdı ki, 6 xalımız qayıdacaq.

- 6 xalın qaytarılmasına görə sizi təbrik edən klublardan səmimiyyətinə inanmadığınız var?

- Bu barədə açıqlama vermək istəməzdim.

Söhbətləşdi: Vüsal BƏBİRLİ




  #3   Adınız: BALLACK;   E-mail: [email protected]

29.04.2012 02:11

Tuyqun besdide .. xezeri budretmek isteseydiler fifa-
ya niye gediler burda iwivizi hell ederdiler.. Azerbaycan
futbolna ...

  #2   Adınız: namik;   E-mail: [email protected]

28.04.2012 10:12

Neftci Qarabax sovdelesmesine gore cempion Neftci Kubok Qarabaxin olmali idi

  #1   Adınız: Vugar;   E-mail: [email protected]

28.04.2012 07:26

Tuygun onlarin adlarini chekmedi amma men deyim. Bextiyar, ve Musa Gurbanov.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail