Flaqmanın məşqçisi fəxri ad aldı

27.04.2012 | 5349 dəfə oxunub

"Neftçi"nin məşqçisi fəxri ada layiq görülüb. Stadium.az xəbər verir ki,  2005-ci ildən "Neftçi" PFK-da məşqçi kimi çalışan İsmayıl Hüseynova, "Əməkdar məşqçi" adı verilib. Bununla bağlı məşqçi klubun rəsmi saytına fikirlərini bildirib: "Məşqçilik karyerama Rusiyada "Dinamo" Murmansk komandasında başlamışam. 2005-ci ildən isə doğma "Neftçi"də uşaqlara futbolun sirlərini öyrətmək üçün səy göstərirəm. Bir çox komandalarda məşqçi kimi fəaliyyət göstərmişəm, "Neftçi"də uşaq futboluna göstərilən qayğını heç yerdə görməmişəm. "Neftçi"də klub prezidenti Sadıq Sadıqov  uşaq futboluna böyük diqqət və qayğı göstərir. Məhz bu qayğının sayəsində hazırda "Neftçi"də bir çox perspektivli yeniyetmələr top qovur. "Neftçi"də yeni istedadlı futbolçuların yetişdirilməsi və üzə çıxması üçün bundan sonra da böyük səylə çalışacam. Həyatını idmana həsr edən insanları daim diqqətdə saxlayan ölkə prezidentinə, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinə və "Neftçi" PFK-nın rəhbərliyinə dərin təşəkkürümü bildirirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail