"Qarabağ" Qurban Qurbanovla bağlı bəyanat yaydı

26.04.2012 | 4853 dəfə oxunub

«Qarabağ» klubu komandanın son uğursuz çıxışları ilə bağlı son vaxtlar azarkeşlər arasında yaranmış narazılığa münasibət bildirib. Stadium.az xəbər verir ki, klubun direktoru Əmrah Çəlikəl bütün «Qarabağ» azarkeşlərini komandanın çətin durumunda klubla bir olmağa çağırıb: «Bu gün «Qarabağ»ın turnir cədvəlindəki mövqeyi nə bizim, nə də azarkeşlərimizin ürəyincədir. Amma belə həssas məqamda hamımız birləşib komandamıza dəstək olmalıyıq. Mən üzümü bütün azarkeşlərimizə tutaraq həmişə olduğu kimi, çempionatın qarşıdakı üç oyununda da komandamıza dəstək verməyə çağırıram».

Ə.Çəlikəl baş məşqçi Qurban Qurbanovla bağlı yaranmış narazılıqlara da münasibət bildirib. O deyib ki, klubun sponsorları və rəhbərliyi Q.Qurbanova dəstəyini bundan sonra da əsirgəməyəcək: «Biz Qurban müəllimlə hələ uzun müddət işləmək fikrindəyik. Qurban Qurbanovun «Qarabağ» klubundakı uğurlu işini hələ heç kim edə bilməyib. Bir-iki uğursuzluq var deyə, biz məşqçimizdən imtina etməməliyik. İstər klubun sponsorları, istərsə də klubun rəhbərliyi onun fəaliyyətindən tam razıdır. Xüsusi qeyd etmək istəyirəm ki, hətta qarşıdakı üç oyunda uduzub Avroliqaya düşməsək belə, biz Qurban Qurbanovla əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik».




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail