Rəşad Sadıqov: "Bütün planlarımız alt-üst oldu”

26.04.2012 | 7640 dəfə oxunub

“Xəzər Lənkəran” klubunun hesabından altı xalın silinməsi bir absurd, yenidən həmin xalların geriyə qaytarılması başqa absurddur. Bu, bizim bütün planlarımızı pozdu. FİFA-nın altı xalı silməklə bağlı qərarından sonra biz “Qəbələ” və “Bakı” ilə oyunlarda vabank getdik. Əgər “Xəzər Lənkəran”ın xal durumu əvvəlkitək olsaydı, normal oyunumuzu oynayardıq”.

Stadium.az xəbər veriri ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov FİFA-nın “Xəzər Lənkəran”nın altı xalını geri qaytarması qərarına münasibət açıqlayarkən deyib.

O qeyd edib ki, FİFA “Xəzər Lənkəran”ın altı xalını sildikdən sonra taktikalarında müəyyən dəyişiklik ediblər: “Biz müdafiədən oyunumuzu qurub ən azı bir xal qazanmağı hədəfləyərdik. FİFA-nın son qərarı düzgün olmadı. “Bakı” ilə oyunda bir neçə futbolçumuza istirahət verdik.  Yenə deyirəm, bütün planlarımız alt-üst oldu”.

“Mən əvvəlki müsahibələrimdə də demişəm ki, hamı çempionluqdan danışır. Amma ola bilər ki, “Qarabağ” Avroliqadan kənarda qalsın. İndi isə üçüncü pillədəki “İnter”lə iki xal fərqimiz var. Bizi qarşıda üç ağır oyun gözləyir. Bu oyunlarda qələbə qazanıb Avroliqaya vəsiqəni təmin etməyə çalışacağıq” – deyə o qeyd edib.

qol.az


  #1   Adınız: namik;   E-mail: [email protected]

27.04.2012 07:21

Qardasim Resad bes sen bilmirdin ki Neftcinin oyunlarina getmek olmaz,Zeif atdiqlari Neftcinin bazasinin qabaqinda gunlelerini kecirir helede umudluduler

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail