"Bakı" ilə "Qəbələ"nin 22-ci oyunu

26.04.2012 | 4938 dəfə oxunub

“Qəbələ” həftəsonu keçiriləcək Premyer Liqanın XXX turunda “Bakı”  klubu ilə görüşəcək. Stadium.az xəbər verir ki, aprelin 29-da baş tutacaq ev oyunu bu rəqiblə 22-ci matç olacaq.

Paytaxtın eyniadlı təmsilçisi “Qəbələ üçün çətin rəqiblərdən sayılır. Belə ki, əvvəlki 21 qarşılaşmanın balansı heç də meydan sahiblərinin xeyrinə deyil.

15 çempionat və 6 kubok oyunu arxada qoyan rəqiblərin duellərində 2 qələbəsi olan “Qəbələ” sonuncu dəfə 2010-cü il mayın 1-də qalib gəlib. Sonrakı 730 gündə keçirilən 7 oyunda “Qəbələ”nin hesabında 2 heç-heçə və 5 məğlubiyyəti var. Ümumilikdə isə 14 dəfə qalib gələn “Bakı” ilə oyunlarda ”Qəbələ” 5 dəfə heç-heçə edib. Top fərqində də bakılılar öndədir - 27:9.

Çempionatda 15 matçda bakılıların 11, Qəbələ təmsilçisi 2 qələbəsi var. 2 heç-heçəsi olan rəqiblərin bu duellərində “Bakı” 21, “Qəbələ” 7 qol vurub. Kubokdakı 3 dueldə baş tutan 6 oyunda “Bakı” 3 qələbə qazanıb və 3 heç-heçə edib. Qələbə qazanmamasına baxmayaraq, “Qəbələ” 1 dəfə penaltilər seriyasında mərhələ keçməyi bacarıb. Top fərqində isə paytaxt təmsilçilərinin üstünlüyü hiss olunur – 6:2. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail