Avroliqaya gedəcək iki komanda məlum oldu

25.04.2012 | 4639 dəfə oxunub

Bu il Azərbaycanı UEFA bayrağı altında keçirilən yarışlarda təmsil edəcək iki komandanın adına böyük ölçüdə aydınlıq gəlib. Stadium.az xəbər verir ki, Premyer Liqanın bitməsinə üç tur qalmış ən yaxın izləyicisi “İnter”dən 8 xal irəlidə olan “Neftçi”yə çempion adını qazanması üçün qarşıdakı üç oyunda cəmi iki xal da kifayət edir.

Premyer Liqanın qalibi kimi “Neftçi” ölkəmizi ötən il olduğu kimi, yenə də Çempionlar Liqasında təmsil edəcək.

Avrokuboklarda iştirak edəcək digər klubumuz isə “Bakı” olacaq.

Belə ki, artıq “Bakı” Azərbaycan kubokunun finalına vəsiqə qazanıb. Burada o, gələcək çempion “Neftçi”ylə qarşılaşacaq. Finalda hətta “Neftçi” qələbə qazansa belə, bu komandanın çempion olacağı təqdirdə, “Bakı” Azərbaycanı Avroliqada Azərbaycan kubokunun qalibi kimi təmsil edəcək.

İndiki vəziyyətdə Avroliqadakı digər iki yerə dörd  namizəd qalır. Bunlar “İnter”, “Xəzər Lənkəran”, “Qarabağ” və “Qəbələ”dir. Amma "Bakı" klubu çempionatda 2 və ya 3-cü yeri tutmaqla da Avroliqaya gedə bilər. Əgər "Bakı" kubokun qalibi kimi mükafatçılar sırasına düşsə, o zaman Premyer Liqada 4-cü yeri tutan komanda da Avroliqaya gedəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail